Ağla Karanfil Ağla

DOĞUKAN

New member
Katılım
18 Eki 2008
Mesajlar
2,057
Tepkime puanı
0
Puanları
0
Konum
K.K.T.C.
Azerbaycan derd içinde boğulmuş
Sevenleri diyar diyar kovulmuş
Ağla şair, ağla yurdun dağılmış
Nerde kopuz, nerde kırık keman hey!
Nerde büyük vatan, nerde Turan hey!..


AĞLA QƏRƏNFİL AĞLA

Qərənfil şəhid qanı,
Ağla qərənfil ağla!
Ağla,inlət meydanı,
Ağla qərənfil ağla!

Cavanlara qıydılar,
Tanklar altda qoydular.
Qanın içib doydular,
Ağla qərənfil ağla!

Hər şəhidə bir düzüm,
Abşeron-qan dənizim.
Sən-mənim ağlar gözüm,
Ağla gərənfil ağla!

Uzaq mənzil,acı yol,
Yoldu,yol,əlacı yol!
Şəhitlərə bacı ol,
Ağla qərənfil ağla.

Kərbəla-qan çöllərə,
Puç olan qönçələrə,
Nazənin incilərə,
Ağla qərənfil ağla
.

Bu təklənmiş şirlərə,
Bu arxasız ərlərə,
Bu talesiz nərlərə,
Ağla qərənfil ağla!

Bu günahsız qanlara,
Bu didilmiş canlara,
Bu cansız cavanlara,
Ağla qərənfil ağla!

Bu səngiməz ağrıya,
Bu qan sızan sarğıya,
Bu Allahsız qurğuya,
Ağla qərənfil ağla!

Xeyrə şər üstün gəldi,
İniltili ün gəldi
...
Ağlamalı gün gəldi,
Ağla qərənfil ağla!!!


Güney Azerbaycanlı şair Mehmed Aslan
 
Üst