Allah’a Tapşırılmışıq Deyəsən

SALUR

Dost Üyeler
Katılım
23 Ara 2008
Mesajlar
859
Tepkime puanı
0
Puanları
0
Konum
(the_aci_show)
Allah’a Tapşırılmışıq Deyəsən

Prezidentin xarici məsələlər üzrə sabiq müşaviri, politoloq Vəfa Quluzadə «Azadlıq» radiosunun «İşdən sonra» proqramında Azərbaycanın xarici siyasətində ilin yeknlarına nəzər salıb. Politoloq hesab edir ki: «Real yanaşsaq, bu siyasət düzgün adlandırılmalıdır, maksimalist prizmasından isə, mən istədiyimi görmürəm. Və bu yaxşı deyil».

Qarabağ münaqişəsinin həllində Azərbaycanın olduqca çətin vəziyyətdə olduğunu deyən V.Quluzadə çıxış yolunu yalnız bir istiqamətdə görür:

«Qarabağ münaqişəsinin həllində bircə maneə var. O da böyük Rusiya imperiyasının geosiyasi maraqlarıdır. Nə vaxt o maraqlar məğlub olunacaq, o vaxt da Qarabağ problemi həll olunacaq».

Münaqişənin güc yolu ilə həllinin hazırda mümkünsüz olduğunu vurğulayan ekspert deyir ki, «Ermənistana hücum günümüz bizim məğlubiyyət günümüz olacaq. Bir dövlət kimi. Çünki Ermənistanın müttəfiqləri bizimlə müharibə edəcəklər. Dünya isə bizi təcavüzdə ittiham edəcək».

Vəfa Quluzadə əlavə edir ki, Gürcüstanla Rusiya arasında 2008-ci ilin avqustunda baş verən hərbi olaylar Azərbaycanda da ola bilər:

«Azərbaycanda bunu çox asan həyata keçirmək olar. Gürcüstanda Rusiya ordusu özü ölkəyə daxil oldu. Amma Azərbaycana Ermənistan ordusu daxil ola bilər. Təbii ki, rus ordusunun dəstəyi ilə. Ona görə də Azərbaycan özünü sığortalamalıdır. Allaha dua edirəm ki, Azərbaycanla Türkiyə araısnda hərbi müqavilə bağlansın ki, bizə təcavüz zamanı Türkiyə bizi müdafiə etsin. Məsələn, ABŞ Ukrayna ilə artıq belə müqavilə imzalayıb. Amma biz...Allaha tapşırılmışıq deyəsən».

Alıntıdır.
 
Üst