Amerika-İran Ziddiyyətlərinə Səbəb Yaradan Amillər, Ziddiyyətlərin Fonunda Güney Azər

SALUR

Dost Üyeler
Katılım
23 Ara 2008
Mesajlar
859
Tepkime puanı
0
Puanları
0
Konum
(the_aci_show)
Amerika-İran Ziddiyyətlərinə Səbəb Yaradan Amillər, Ziddiyyətlərin Fonunda Güney Azər

Amerika-İran Ziddiyyətlərinə Səbəb Yaradan Amillər, Ziddiyyətlərin Fonunda Güney Azərbaycanın Strateji Önəmliyi
Dünyanın ən qaynar nöqtələrindən sayılan Yaxın və Orta şərq yenədə diqqət mərkəzindədir. İsrailin Həmasa qarşı apardığı amansız savaşdan sonra bu dəfədə insanları ən cox narahat edən fikirlərdən biridə bundan sonra Amerika iran münasibətləri hansı məcrada inkişaf edəcəyi düşündürür.

Geopolitik tarixi nöqteyi nəzərdən bölgə həssas yerdə yerləşir və bu gün bölgə barıt çəlləyinə bənzəyir. Bir qığılcımla bölgəni od alov bürüyə bilər. Onun fəsadlarını bölgədə yerləşən dövlətlər çəkməklə yanaşı,yaşayan xalqlarada zərbə dəyə bilər artıq dəyməkdədir. XX əsrin əvvələrindən başlayaraq bölgədə sabitliyi və sülhü bərpa etmək mümkün olmur. Baş verən hadisələr onu göstərir ki, hələ illər lazım gələcək ki, bölgədə sülhü bərqərar etmək mümkün olsun. Bu gün Amerika - İran arasında baş verən ziddiyyətlər və iranın nüvə siyasətındən imtina etməməsi - bu amil gələcəkdə münasibətləri daha da dərinləşdirəcəcəyini göstərir. Amerikanı iranla bağlı digər narahatçılığı-İranı yaxın və orta şərqdə vəziyyəti gərginləşdirməsində, radikal dini partiyaların maliyyəşdirməsində ittiham etməsidir. Amerikanın bölgədə strateji müttəfiqi sayılan İsrail dövlətidə konkert olaraq İranı “Həmas”a və “Hizbullaha”maddi və hərbi yardım etməsini suçlamasını gələcəkdə bölgədə potensial münaqişə ocaqlarının yaranmasına şərait yarada bilər.

İran rəsmiləri çıxışlarında nüvə silahına sahib olmaq istəklərindən bir saniyədə olsun geri cəkilməyəcəklərini israrla qeyd etmələri,İranda rəsmi olaraq Amerikanın əleyhinə populist ritorikanın hakim rol oynaması – İrana qarşı hərbi variantın tətbiqi riskini artırır. Çünki rəsmi tehran amerikanı bölgənin bir nömrəli düşməni kimi tədqim edir bu addımlar ortada sülh variantının arxa plana keçməsini şərtləndirir.

Rəsmi Vaşinqtonda bu gün İranı İraqda vəziyyəti qarışdırmaqda və orada yaşayan kifayyət qədər güclü dayaqlara malik şiələrə təsir etməsini, bundan sonra münasibətlərin istiləşəcəyini qaranlıq altına alır. Amerikalı analitiklərin İranla bağlı proqnozlarında – hazır ki, vaxtda amerikanın müharibə amilinə üstünlük verməyəcəyini təhlil edirlər.

Amerika prezidenti Barak Obama və onun administrasiyası İranla bağlı açıqlamalarında müharibə variantının masanın üzərində olmasını bildirmələri – bu onu göstərir ki, Barak Obama Buş və onun keçmış administrasiyasının İranla bağlı siyasətini davam etdirəcəyini göstərir. Amma bəzi analitiklər müharibə amilinin irana qarşı bir psixoloji gediş olduğunu düşünürlər. Ola bilər ki, bu amerikanın bir siyasi gediş etdiyini göstərir və ancaq görünən odur ki, tehran hələlik beynəlxalq sanksiyalara,təzyiqlərə davam gətirməkdədir. Amma indi ki,dönəmdə yeni seçilmiş Barak Obama müharibə amilinə üstünlük verəcəyi düşündürücü görsənmir. Çünki bunun bir sira geopolitik,iqtisadi,hərbi-dini,daxili səbəblərlə bağlamaq olar:

- Amerikanın daxilində antimüharibə əhval-rühiyyəsinin güclü olması(nəzər salmaq lazımdır ki, Respublikaçıların seçkilərdə məğlub olmasının əsas səbəblərindən biridə bu faktorun mühüm rol oynaması idi)

-Amerikanın İraqda və Əfqanıstanda buraxdığı səhvlər,müharibənın amerika iqtisadiyyatına vurduğu ziyanlar

- Dünyada baş verən maliyyə böhranı,amerikanın maliyyə-bank sisteminin çökməsi

-Yaxın və Orta Şərqdə vəziyyətin gərginliyi bölgəni dini radikal terrorizmin artması – amerikaya qarşı nifrətin artması

- İranın daxili etnik-sisteminin mürəkkəbliyi və İranın hərbi cəhətdən kifayyət qədər güclü olması

Ancaq buna baxmayaraq amerikanın öz dövlət maraqları var və gedən proseslər onu göstərir ki, irana qarşı hərbi zərbələr endirilə bilər. Amerikanın nüfuzlu jurnalisti Seymuer Herş qələmə aldığı məqaləsində amerikanın artıq iranla bağlı məxfi planlarının olduğunu,özəl komandoslarını bölgəyə göndərəciyini və daxili faktordan - xalqların milli azadlıq hərəkatından yararlana biləcəyini qeyd edir. Sonra jurnalist məqaləsində amerikanın əlində iranın hərbi sənaye komplekslərinin planın olduğunu,hücumlar ancaq komplekslərin sıradan çıxarılması ilə kifayyətlənəcəkdir fikirlərini qələmə alib.Herş özü İran üzrə yazar kimi tanınır və onun bundan qabaq iranla bağlı açıqlamaları olmuşdur. Onun İranla bağlı yazıları diqqətlə izlənilməkdədir və proqnozları cox vaxt özünü doğruldur.

Amerikanın Güney Azərbaycana Strateji baxışı dəyişməyə başlayır.

- Amerika administrasiyası XX əsrdə İranla bağlı projesində buraxdığı tarixi-strateji səhvlərinin nəticəsində iranda siyasi klerikal hakimiyyətin qurulması ilə sonuclanmış və siyasi-geopolitik-iqtisadi maraqlarına ciddi zərbə dəymişdir. Amerikanın dəstəklədiyi Pəhləvilər hakimiyyətinin devrilməsindən sonra 1978 ci ildə İranda dini teokratik bir hakimiyyətin qurulmasından sonra amerika ilə əlaqələrə rəsmən qadağan qoyulmuşdur. Bu gün İranda hansı partiyanın və siyasi rəhbərin hakimiyyətə gəlməsindən asılı olmayaraq amerikaya münasibət dəyişmir. Ölkənin nüfuzlu dini rəhbərləri amerika ilə münasibətlərin normal məcraya yönəlməsinə imkan vermirlər. Ancaq buna baxmayaraq İranın daxilində vəziyyət pisləşməyə doğru gedir və Azərbaycan türklərinin milli azadlıq hərəkatı İranı bürüməkdədir və artıq Amerika-iran ziddiyyətlərində daxili faktorun strateji çəhətdən diqqət mərkəzinə gəlməsi amerikanın nüfuzlu kütləvi informasiya vasitələrində Azərbaycan türklərinə diqqəti artırmaqdadır. Politoloq Qabil Hüseynlinin “yeni müsavat” qəzetinə açıqlamasında Güney Azərbaycan Milli Oyanış Hərəkatının lideri Mahmudəli Çöhrəqanlının Vaşinqtonda təmaslara başlayacağını bildirməsi amerika siyasətçilərinin lider axtarışında olduğunu göstərir.

Amerikanın nüfuzlu “New Yorker” qəzeti İraqda kürdlərdən istifadə edən Amerika bu dəfə də İranda əsas dəstəyi sayı iyirmi iki milyon çatan azərbaycanlılardan istəyir. Amerikanın nüfuzlu strateji tədqiqat mərkəzləri Güney Azərbaycan faktorun önəmliyini hesablayırlar. “Stratfor”analitik mərkəzinin rəhbəri Corc Fridman İranla bağlı açıqlamasında “Planları həyata keçirərkən azərbaycanlıları tapşırıqlarımızı yerinə yetirə biləcək qüvvə yox müttəfiq görməliyik”fıkrini bidirən Fridman amerikanın son yüz ildə buraxılan səhvləri bilir sonra fikirlərini İranın şimalında özlərini “Türk”adlandıran azərbaycanlıların yeni dövlət qurmaq ideyasının reallaşması şansının elədə az olmadığını proqnozlaşdırır. Sonra analitik fikrini davam etdirərək Vaşinqtonun İrandakı Azərbaycan türkləri ilə əlaqələri,onların mənafe və maraqlarını nəzərə alınması şərtilə inkişaf etdirilməlidir məsələsini ortaya qoyur.

Bu məsələ ilə bağlı Güney Azərbaycan Milli Mübarizə Hərəkatının sədri Aslan Türkoğlu hesab edir ki, Vaşınqtonun İrandakı soydaşlarımızla bağlı mövqələrindəki dəyişiklik diqqətə laiqdir. Amma bu mübarizənin kimlərsə tərəfindənsə idarə olunması demək deyil. Gələcək Amerika-İran arasında münasibətlərin gərginləşməsi və bu proseslərin fonunda əsas diqqət soydaşlarımızın üzərinə cəmləşdirəcəkdir. Ancaq unutmaq olmaz ki,siyasət meydanında bu dəfə özlərini türklər alət kimi yox öz haqqlarını qoruyan və müqəddəratını həll etməyə bacaran toplum kimi təsdiq etməlidirlər. Çünki tarixdə buraxılan səhvlərı bərpa etmək üçün bəzən yüz il vaxt lazim gəlir. Ancaq buna baxmayaraq daxildə və xaricdə yaşayan soydaşlarımız ciddi şəkildə təşkilatlanıb gələcəkdə cərəyan edəcək hadisələrə hazır olmalıdırlar və aydın proqramla ortaya çıxmalıdırlar. Xalqımızın Bütövləşmək və Birləşmək ideyası artıq tarixi zərurətə çevrilmişdir.

Alıntıdır.
 
Üst