Bir Ülke Düşünün..

Gök Yeleli Bozkurt

New member
Katılım
29 Nis 2008
Mesajlar
1,947
Tepkime puanı
0
Puanları
0
Konum
Bozkurtlardan Birine Sorun
Bir ölkə düşünün ki, o ölkəni quran millətə haqqını tanımasınlar, adını dəyişdirsinlər, dilinə yeni ad qoysunlar! Ardından da özünü "ziyalı" adlandıranlar bir neçəsi bu millətə "qoyun" desin və hələ də, o ölkədə yazılar yazsın, qəzetlərə şərhlər versin, küçələrdə rahatlıqla gəzsin, o ölkənin çörəyini yesin, suyunu içsin... O biriləri isə sussun və sussun!
***
Bir ölkə düşünün ki, onun dövlət başçıları beynəlxalq toplantılara qatıldığında milli dilini unutsunlar. "Böyük qardaş dili" ilə danışmağa üstünlük versinlər. Ondan sonra, ziyalılar "nə üçün milli dilimizdə danışmırsınız?" deyə onları sorğu-suala çəkməsinlər, bu dövlət adamlarını topa tutmasınlar. Hətta, üç-beş "ziyalı" çıxsın, sanki "rəhbərlərinin" işi tərcüməçilik imiş kimi "bizimki mükəmməl bir ... dilində danışdı" deyə məddahlıq etsinlər.
***
Bir ölkə düşünün ki, təhsil ocaqlarında millətinin öz dili ilə təhsili "səviyyəsiz" hala gətirilmişdir. Xarici dildə təhsil verən universitetlər "can atılan", milli dildə təhsil verənlər isə "məcburən" halını almışdır. Üstəlik, bu universitetlərdə "milliyyətçilik liderliyi" edən onlarla ziyalı dərs deyir. Ancaq, beləsinə vacib bir milli məsələdə hətta Təhsil Nazirliyinə öz səsli etirazlarını ucalda bilməzlər, narazılıqlarını dövlət adamlarına çatdıra bilməzlər. Milli ruhu ayağa qaldıraraq bir "milli canıyananlıq" nümayiş etdirə bilməzlər.

Universitetlər bir yana, məktəblər və liseylər belə xarici dildə təhsil verməyə can atarlar. Hətta uşaq bağçalarında xarici dildə tərbiyə verilməsi "moda" halını alar. Üç-beş adamın xaricində, heç kimsədən "çırt" çıxmaz.
***
Bir ölkə düşünün ki, bir tərəfdən qurucusunun sözləri dünyanın hər yerinə yayılsın. O biri yandan, bu qurucunun adı rəsmi yerlərdən silinsin. Abidəsi hələ də ucaldılmasın, rəsmi əskinazlardan çıxarılsın və ümumiyyətlə, fikirlərinin yanlış olduğu söylənilsin, unutdurulmağa çalışdırılsın.

Yenə bir ölkə düşünün ki, orada azad düşüncə təqib edilsin. Demokratiya adı altında qaragüruh çiçəklənsin. İnsanlar ideya fərqlərinə görə sıxışdırılsın. Azadlıq uğrunda mübarizlər cəza evlərində çürüsün. Milli Qəhrəmanlar vətən xaini olsun. Torpaqlarının azadlığı uğrunda vuruşanlar sonradan cəzalandırılsın. Qazilər haqqını istəyə bilməsin. Haqq yalnız "biri"lərinə şamil olsun və s. və i.a.

Amma yenə də bunları edənlər ən böyük "Demokrat" olsun.
***
İndi isə bir Ölkə düşünün. Bütün sadaladıqlarımın heç biri orada yoxdur. Bu ölkədə gerçək Demokratiya və qanunların aliliyi hökm sürür. Sosial ədalət prinsipləri xalqın hər fərdinə şamil edilir. Burada kasıb yoxdur. İnsanlar rahatlıqla iş tapa bilirlər. Ölkədə kiçik və orta sahibkarlıq sürətlə inkişaf edir. Dünyanın bir çox ölkələrində bu məmləkətin holdinqlərinin şöbələri fəaliyyət göstərir.

Millətlər azlığından, çoxluğundan asılı olmayaraq adını qürurla çəkə bilir, öz dilində sərbəst danışa bilirlər. Söz və vicdan azadlığına heç bir məhdudiyyət yoxdur. Hər kəs dövlət dilinə və atributlarına böyük hörmətlə yanaşır.

Ölkənin nəinki işğal olunmuş torpaqları yadelli işğalçılardan təmizlənmiş, hətta bölünmüş Vətən birləşmişdir.

Dünya bu ölkənin adını sayğı və ehtiramla tələffüz edir.

Sizləri deyə bilmərəm, amma mən belə ölkədə yaşamaq istəyirəm.








Doç.Dr. Toğrul İsmayıl'in


Bazı kısımları anlamayan arkadaşlarımız,metinleri söylerse yardımcı olacağız.
 
Üst