BTC Öldü ve Bir Daha Dirilmeyecek

SALUR

Dost Üyeler
Katılım
23 Ara 2008
Mesajlar
859
Tepkime puanı
0
Puanları
0
Konum
(the_aci_show)
BTC Öldü ve Bir Daha Dirilmeyecek


Başlığın dırnaq içində olmasının səbəbi bu cümlənin Aleksandr Gelyeviç Duginə aid olmasıdır. A.G.Dugin bu sözləri Türkiyənin “Cumhuriyet” qəzetinə verdiyi müsahibədə, Gürcüstanda baş verən son hadisələri dəyərləndirərkən deyib. Dugin həmçinin qeyd edib ki, buradakı kommunikasya xəttlərinin təhlükəsizliyini Rusiyadan başqa heç kim təmin edə bilməz. A.G.Dugin kimdir? deyə maraqalana bilərsiniz. Onun qısa bioqrafiyasını diqqətinizə çatdırandan sonra əsas işinin, missiyasının nə olduğuna baxacağıq.

A.G.Dugin 07 yanvar 1962-ci ildə Moskvada anadan olub. Atası Gel Aleksandroviç Dugin QRU-nun general-leytenat idi. (ГРУ-Rus ordusunun baş kəşfiyyat idarəsi/Главное Разведывательное Управление). Fəlsəfə elmləri namizədi, siyasi elmlər doktoru, “Novıy Universitet”in rektoru, dindar pravoslav, “Əziz Mələk” pravoslav almanaxının baş redaktoru, Pravoslav dini tədqiqatlar mərkəzinin başçısı, rus neofaşitlərinin “Çyornıy Orden SS” adlı dərnəyinin aparıcı üzvlərindən biri, hal-hazırda “Beynəlxalq Avrasiya Hərəkatı”nın lideri, (Международное Евразийское Движение -МЕД), Heydər Camalın dostu və.s

A. Dugin özünün www.evrazia.org adlı saytında “Без компромиссов - танки на Тбилиси!” deyərək Rusiya hökumətini təhrik edir. “Kimdir ona qulaq asan” deməyin. Çünki Dugin Rusiya parlamentinin beynəlxalq əlaqələr üzrə baş müşaviri və V. Putinə yaxın bir şəxsdir. “Avrasiyaçılıq” konsepsiyasının fikir atası olan Duginin Azərbaycanla bağlı maraqlı fikirləri var. Türkiyənin Avroatlantik A.G.Dugin məkandan ayırlaraq Avrasiyaçı xətti mənimsəməsinin alovlu tərəfdarı olan Dugin özünün yeni Avrasiya xəritəsində Azərbaycanı müstəqil dövlət olaraq görmür, “tarixi və məzhəb yaxınlığı olduğu üçün Azərbaycanı İrana birləşdirmək məqsədəuyğun olacaqdır” deyir. Duginin bu “parlaq” fikirlərini, Azərbaycanda deyə bilmərəm, amma Türkiyədə dəstəkləyənlər var. 20 noyabr 2003-cü ildə Moskvada “Avrasiya Hərəkatı Ali Şurası”na seçgilərdə Türkiyə İşçi Partiyasının sədri, hal-hazırda “Ergenekon” terror təşkilatının qurucusu olmaqla təqsirləndirilərək həbsdə olan Doğu Perinçek şura üzvlüyünə, A. Dugin isə şura sədrliyinə seçilmişdir. A. Dugin bir çox dəfə Türkiyədə olmuş, İstanbul universiteti və Qazi universitetində konfranslar vermişdi. CXP millətvəkili Onur Öymen, təqaüddə general-leytenant Tuncer Kılınç, təqaüddə general-leytenant Yaşar Müjdeci A. Duginlə birlikdə bir sıra tədbirlərdə iştirak etmişdilər. “Ergenekon”la bağlı terror təşkilatı qurmaqla təqsirləndirilən şəxslər həbs olunduğu vaxt A.Dugin Rusiya hökumətini buna reaksiya göstərməyə və həbs edilənlərin azad olunması üçün Türkiyəyə təzyiq göstərməyə çağırırdı.

D. Perinçek və A. Dugin

ABŞ-ın “Böyük Orta Şərq Layihəsi”nə qarşı alternativ olaraq Rusiya tərəfindən dəstəklənən “Avrasiya Hərəkatı” ilə əlaqədar olaraq A. Dugin bir sıra məqalə və əsərin müəllifidir. Əsasən “Şanxay Əməkdaşlıq Təşkilatı” çərçivəsində aparılan “Avrasiya”çılıq hərəkatı SSRİ-nin başqa bir adla xortladılmasından başqa bir şey deyil deyə bilərik. Heç bir gələcəyi və perespektivi olmayan, diktatorial və totalitar rejimlər tərəfindən idarə olunan, indiyə qədər xalqlar həbsxanası olmaqdan qurtula bilməyən iki dövlət bu hərəkatın liderliyini öhdələrinə götürmüşdürlər: Rusiya və Çin. İlk baxışda iri ərazisindən ötrü görənləri mütəəssir edən bu əməkdaşlığın gələcək naminə heç bir perespektivi yoxdur.

Türkiyədə baş verən son hadisələrdə, daha doğrusu “Ergenekon” terror təşkilatı ilə əlaqədar keçirilən həbslərdə maraqlı bir hadisə baş verdi. Haqqında həbs qəti imkan tədbiri seçilən bir çox şəxs həbs olundu. İki nəfərdən başqa: Turhan Çömez və general-mayor Levent Ersöz. Levent Ersöz sadə bir general-mayor deyil.

Levent Ersöz

Uzun illərdən bəri Türkiyənin mühüm kəşfiyyat orqanlarından birinə “jandarma istihbarata” rəhbərlik etmişdir. Levent Ersöz həbs oluna bilmədi, çünki həbsdən bir gün əvvəl ölkədən çıxmışdı. Getdiyi yer isə Rusiya idi. Sonra belə məlum oldu ki, türk general Rusiyada bir silah şirkətində məsləhətçi işləyirmiş. İnterpolun qırmızı büllitenlə axtarmasına baxmayaraq L. Ersöz indiyə qədər Rusiyada tapılmayıb. Oxuculardan bəlkə məni kompramat nəzərriyçiliyində ittiham edənlər olacaq, amma məncə bu qədər “təsadüf”ün eyni vaxtda eyni yerdə olması mümkün deyil. L. Ersözün ya öz təşəbbüsü ilə Rusiyaya qaçdığını ya da FSB (Federalnaya Slujba Bezopasnosti), QRU və ya SVR (Slujba Vneşnoy Razvedki) tərəfindən qaçırıldığını düşünməkdən özümü saxlaya bilmirəm.

A. Duginin bioqrafiyası haqqında məlumat verərkən dindar pravoslav və neofaşist olduğunu boş yerə vurğulamadım. İstanbuldakı türk pravoslav kilsəsi də ulusalçı, milliyətçi “Ergenekon”çuların tez-tez toplaşdıqları yerlərdən biri idi. Qısacası bir gün “Ergenekon”un üzərində “Made in Russia” etiketini görsəniz təəccüblənməyin.

Alıntıdır.
 
Üst