İki Keçmiş, Bi Gelecek Yahudi Xalqının Tarihinde Üç Meqam

SALUR

Dost Üyeler
Katılım
23 Ara 2008
Mesajlar
859
Tepkime puanı
0
Puanları
0
Konum
(the_aci_show)
İki Keçmiş, Bi Gelecek Yahudi Xalqının Tarihinde Üç Meqam

Yəhudilər qədim tarixi keçmişə malik bir xalq olmaqla yanaşı tarixi sürgünlər, qətliamlar və işğallarla dolu olan bir xalqdır. Yəhudi tarixinin ən mühüm xüsusiyyətlərindən biri də, bir çox millətlərdən fərqli olaraq, çox qədim dövrlərdən bəri yazılı tarixi mənbələrə malik olmasıdır. Bu təbii ki, bu millətin tarixinin öyrənilməsini asanlaşdırır. Lakin bu yazılı mənbələrin də özünəməxsusluğu var. Belə ki, yəhudi tarixinə aid yazılı mənbələrin bir çoxu eyni zamanda yəhudilərin dini ədəbiyyatıdır. Başqa sözlə desək yəhudilərin dini ədəbiyyatı eyni zamanda onların tarixinin öyrənilməsində mühüm rol oynayan yazılı tarixi mənbələrdir. Bu mənbələrdəki qeydlərin istifadə vaxtı ciddi müqayisəli tənqidə ehtiyacı olduğunu da burada qeyd etmək yerinə düşəcəkdir.

Yəhudi dini ədəbiyyatı ilə yanaşı İslam və xristian dini mənbələrində də yəhudi tarixinə aid məlumatlara rast gəlmək mümkündür. İslam və xristian dini mənbələrindəki qısa, bəzən isə çox az şeyi ifadə edən məlumatların yəhudi dini ədəbiyyatındakı məlumatlarla və tarixi faktlarla müqayisəli şəkildə öyrənilməsi bir sıra maraqlı məqamların aydınlaşdırılmasına kömək edir. Əsas mövzuya keçməmişdən əvvəl burada ibrani, bəni-israil, yəhudi, əhdi-ətiq, əhdi-cədid kimi bəzi termin və məfhumların mənalarına açıqlıq gətirmək də məncə yerinə düşəcəkdir.

Qur’ani-Kərimdə 40 ayədə 41 dəfə “Bəni-İsrail” sözü qeyd olunmuşdur. Bu ayələrdə əsasən Allahın bir vaxtlar yəhudilərə verdiyi nemətlərdən, yəhudilərin Allaha verdikləri sözdən, sonra onların vedikləri sözə əməl etməmələrindən bəhs edilir. “Bəni-İsrail” “İsrailin oğulları” mənasını ifadə edir. Məlum olduğu kimi “İsrail” Yaqub peyğəmbərin (ə.s) ləqəbidir. Tövratda bu ləqəbin Yaquba (ə.s) Tanrı tərəfindən verildiyi qeyd edilir və Yaqubun (ə.s) bu ləqəbə layiq görülməsi maraqlı bir hekayə ilə izah edilir. Tövratın Təkvin (Yaradılış) bölməsi, 32-ci bab 24-32-ci cümlələrdə qeyd olunmuş bu hekayəyə görə Yaqub (ə.s) tanımadığı bir şəxslə axşamdan səhərə qədər, bütün gecəni güləşmiş və nəhayət ona qalib gəlmişdi. Məğlub etdiyi şəxs Yaquba (ə.s) “İsrail” adını vermişdir. İsrail-“Tanrı ilə güləşən” mənasını ifadə edir. Tövrat hekayəsinə görə Yaqubun (ə.s) güləşərək kürəyini yerə vurduğu bu şəxs Tanrının özü idi. Yaqubun (ə.s) 12 oğlu olmuş və bu 12 oğuldan törəyənlər 12 yəhudi qəbiləsinin ulu əcdadıları idi. Buna görə də bu 12 yəhudi qəbiləsi Bəni-İsrail, yəni İsrailin (Yaqubun) oğulları adlandırılmışdılar. Tarixi mənbələrdə “İsrail” sözünə ilk dəfə Misir fironu Minetap (e.ə. 1232-1224) tərəfindən yazdırılmış kitabədə rast gəlinmişdir. Yuqubun (ə.s) bu 12 oğlundan dördüncüsünün adı Yuda və ya Yəhuda idi. Onun adı ilə öz qəbiləsi, vaxt keçdikcə isə bütün Bəni-İsrail bu adla, yəni yəhudi adı ilə tanınmışdır. Məlum olduğu kimi yəhudilər eyni zamanda “ibrani” adı ilə də tanınırlar. Daha çox yəhudilərin danışdıqları dilə ibrani dili, ibranicə (ivrit) deyilir. Bu kəlmə “ibri” və ya “hibri” sözündən törəmişdir. Əslində hibri və ya ibri e.ə. XVI-XV əsrlərdə Fələstində yaşamış köçəri bir qəbilənin adıdır. Mənası isə “o biri tərəfdən gələnlər”dir. Çünki onlar Fələstinə İordan çayının o biri, şərq sahilindən köçüb gəlmişdilər. Kənanilər (Kənan ölkəsində yaşayanlar) yəhudilərə ibri deyirdilər.

Yuxarıda qeyd etdiyimiz kimi Qur’ani-Kərimdə yəhudi xalqına dair bir çox ayə vardır. Bunlardan biri də İsra surəsi 4-8-ci ayələridir:

Ayə 4- Biz Bəni İsrailə kitabda (onların dini ədəbiyyatlarında): iki dəfə fitnə-fəsad törədəcək və çox dikbaşlıq (zülm) edəcəksiniz”- deyə bildirdik.

Ayə 5-Onlardan (o fitnə-fəsadın) birincisinin (cəza) vaxtı gələndə üstünüzə çox güclü qullarımızı (Babil kralı Nabukodonosorun ordusunu) göndərdik. Onlar (sizi öldürmək, əsir götürmək və qarət etmək üçün) evlərinizin arasında gəzib dolaşırdılar (sizi təqib edirdilər). Bu vəd artıq yerinə yetirildi.

Ayə 6-(Bundan) sonra sizə onların üzərində yenidən zəfər çaldırdıq, var-dövlət, oğul-uşaq verməklə (sayınızı artırmaqla) sizə kömək göstərdik və sayca sizi daha çox etdik.

Ayə 7-Yaxşılıq da etsəniz, özünüzə etmiş olursunuz, pislik də! İkinci fitnə-fəsadınızın (cəza) vaxtı gəldikdə üzünüzü qara etmək, məscidə (Süleyman məbədinə) birinci dəfə girdikləri kimi girmək və ələ keçirdikləri hər şeyi büsbütün məhv etmək üçün (romalıları) üstünüzə göndərdik.

Ayə 8-(Tövbə edəcəyiniz təqdirdə) ola bilsin ki, Rəbbiniz sizə rəhm etsin! Əgər siz (yenidən fitnə-fəsada) qayıtsanız, Biz də (sizi yenidən cəzalandırmağa) qayıdarıq. Biz cəhənnəmi kafirlərdən ötrü bir zindan etdik.

Bu ayələrdə yəhudi tarixində dönüm nöqtəsi olan iki hadisəyə toxunulur. Həmin bu hadisələrə, daha doğrusu bu hadisələr ərəfəsində yəhudi cəmiyyətindəki siyasi-ictimai vəziyyətə dair həm Tövratda (Əhdi-Qədim/Старый Завет) həm də İncildə (Əhdi-Cədid/Новый Завет) geniş məlumatlar verilir. Yəhudilərin ən məşhur krallarından biri olan Süleyman peyğəmbərin (ə.s) ölümündən sonra (e.ə. 796) onun krallığı iki hissəyə Yahuda və İsrailia krallıqlarına parçalanır. 12 yəhudi qəbiləsindən onu Yahuda, ikisi isə İsrailia krallığına tabe olur. Bu iki krallıq daim öz aralarında çəkişmədə olmuşdular.

Bu siyasi hadisələrin paralelində yəhudi cəmiyyətində dərin mənəvi böhran və ictimai çürümə prosesi davam edirdi. Bu proses haqqında təsəvvürə sahib olmaq üçün yəhudi dini ədəbiyyatına, daha dəqiq desək Əhdi-Qədimə müraciət etmək lazımdır. Məlum olduğu kimi Davud və Süleyman peyğəmbərlər həm də yəhudilərin kralları idilər. Süleyman (ə.s) atası Davuddan (ə.s) sonra yəhudi taxtına oturmuş və uzun illər boyu bu xalqı ədalətlə idarə etmişdilər (bax: Qurani-Kərim, Nəml surəsi, ayə 16). Lakin onun ölümündən dərhal sonra, yuxarıda qeyd etdiyimiz kimi, yəhudi cəmiyyətində dərin siyasi- ictimai böhran və tənəzzül prosesi başlamışdı. Bunun əsas səbəbi yəhudilərin həmin dövrün ən güclü dövləti olan Assur dövlətinin, daha doğrusu bütpərəst assur mədəniyyətinin təsiri altında qalmaları, könüllü olaraq onları təqlid edərək özlərinə yadlaşmaları idi. Yəhudi cəmiyyətindəki bu böhranın qarşısını almaq üçün bir neçə peyğəmbər yəhudiləri Davud (ə.s) və Süleymanın (ə.s) yoluna dəvət etmək və islahatlar aparmaq üçün illər boyu cəhd göstərmişdilər. Lakin onların bu cəhdlərinin boşa çıxdığını Tövratdakı ayrı-ayrı qisimlər açıq və aydın şəkildə nümayiş etdirir. Belə peyğəmbərlərdən biri İşaya idi. Tövratın “İşaya” bölməsində deyilir:

“Ah ey günahkar məllət, haqsızlıqla yüklənmiş millət, pis əməl sahiblərinin nəslindən törəyənlər, ağlını itirmiş övladlar. Rəbbi bir kənara buraxdılar, İsrailin müqəddəsini (Tanrısını) xor gördülər, əcnəbiləşdilər və gerilədilər. Nə üçün azğınlığınızı artıraraq yenə zərbə almaq istəyirsiniz? Sadiq şəhər necə fahişə oldu? O şəhər ki, haqq ilə dolu idi, ədalət orada öz yerini tutmuşdu, indi isə qatillər. Sizin başçılarınız (Tanrıya qarşı) üsyankar, oğrular da onların şəriki. Hər biri rüşvəti sevir və hədiyyə almaq üçün can atırlar. Yetimin haqqını yeyirlər və dul qadının şikayətini dinləmirlər. Bundan ötrüdür ki, Rəbb, orduların Rəbbi, İsrailin Qadiri deyir ki: Ah düşmənlərimdən qurtulacağam və qisas alacağam, onlar (yəhudilər) şərqdən gələn şeylərlə doldular, onlar fələstinlilər kimi əcnəbilərin uşaqları ilə (günahkarlıqda) əl-ələ verdilər, ölkələriləri bütlərlə doldu, öz əlləri ilə düzəltdiklərinə sitayiş etdilər. Və Rəbb dedi ki, madəm Sion (yəhudi) qızları təkəbbürlüdür və boyunlarını uzadaraq göz-qaş oynadıb gəzirlər, gəzərkən burcudurlar və ayaqlarındakı xalxalları cingildədirlər, bundan ötrü Rəbb Sion qızlarının başından vuracaq və Rəbb onların gizli yerlərini (düşmənləri üçün) açacaq, kişiləri və igidləri döyüşdə qılınc zərbələri ilə yıxılacaq. Və Sionun qapıları ah çəkib yas tutacaq və kimsəsiz qalıb quru torpaq üstündə oturacaq. Bunun üçün Rəbb çayın bol və qüdrətli sularını, Assur kralını və onun bütün izzətini onların üstünə çıxarır. Fərat çayı öz yatağından yüksələcək və bütün sahilləri boyu daşacaq. Çünki bu üsyankar millət, yalançının oğulları, Rəbbin qanunlarını eşitmək istəməyənlərdir onlar. Onlar görənlərə “görməyin” və peyğəmbərlərə də “bizə doğru şeyləri bildirməyin, yumuşaq şeylər söyləyin bizə, hiyləli yolları öyrədin” dedilər. (Tövrat, İşaya bölməsi, Bab 1: 4-5; 21-24; Bab 2: 6, 8; Bab 3: 16-17)”.

Yuxarıda qeyd etdiyimiz kimi iki yəhudi krallığı öz aralarında daim mübarizədə idilər. İsrailia dövləti Yahudanı sıxışdırdığı üçün Yahuda kralı Assur hökmdarı II Sarqondan (e.ə.722-705) kömək istəmişdi. II Sarqon öz ordusu ilə İsrailiaya hücum edərək bu krallığın paytaxtı Samaria şəhərini işğal etmişdi. II Sarqon Samaria əhalisini şəhərdən sürgün edərək onların yerinə babilliləri, ərəbləri və hetləri köçürüb gətirdi.

Assur işğalı yəhudi cəmiyyətinin, belə demək mümkünsə, özünə gəlməsi üçün kifayət etmədi. Hətta vəziyyət daha da pisləşdi. Cəmiyyətin içinə düşdüyü mənəvi böhran daha da dərinləşdi. Yəhudi cəmiyyətinə xəbərdarlıq etmək vəzifəsi ilə göndərilmiş peyğəmbərlər Yeremya və Hezekiel öz millətini bu dərin mənəvi çürümədən xilas etmək üçün əlindən gələni elədilər, lakin uğursuzluğa düçar oldular.

Peyğəmbər Hezekiel belə demişdi:

“Ey cəzasının vaxtı gəlsin deyə öz daxilində qan tökən şəhər və özünü murdarlamaq üçün öz əleyhinə bütlər düzəldən şəhər. Sənin içində ata və ananı heçə saydılar, qonağa zorakılıq etdilər, yetimə və dula haqsızlıq etdilər. Çılpaqlığı açıb saçdılar. Kimi qonşusunun arvadı ilə, kimi öz gəlini ilə, kimi bacısı ilə əxlaqsızlıq etdi, öz atasının qızını alçaltdı. Bu şəhərdə qan tökmək üçün rüşvət aldılar. Faiz almaq və haqsız qazanc mübah oldu. Məni unutdun. Bəs mən sənin əleyhinə işə girişəcəyim vaxt buna ürəyin dözəcəkmi, əlin qüvvətli ola biləcəkmi. Səni millətlərin arasına yayacağam və səni ölkələrə səpələyəcəyəm və murdarlığı səndən təmizləyəcəyəm. Millətlərin gözü qabağında sən özü-özünə xarab olacaqsan və biləcəksən ki, Mən Rəbbəm”. (Tövrat, Hezekiel bölməsi, Bab 22: 3, 6-12, 14-16).

Peyğəmbər Yeremya belə demişdi:

“Rəbb deyir ki, ata-babanız məndən nə haqsızlıq gördülər ki, məndən uzaqlaşdılar və boşluq ardınca gedib boşa çıxdılar?...........Çünki boyunduruğunu əvvəl zamandan bəri çıxarıb sındırdın və bağını qırdın. “Qulluq etməyəcəm” dedin və hər ağacın altında fahişəlik edərək yatdın. …….Onlar ki, ağaca: sən atamsan, daşa: məni sən yaratdın dedilər. Mənə tərəf isə üzlərini deyil arxalarını çevirdilər. Lakin bəla onlara gəlib çatanda: Bizi xilas et deyəcəklər. Bəs öz icad etdikləri tanrıları harda qaldı? Başına bəla gələndə səni xalis edə bilirlərsə etsinlər, çünki sənin tanrılarının sayı şəhərlərinin sayı qədərdir ey Yahuda. Və Kral Yaşiyanın vaxtında Rəbb mənə dedi ki: Xain İsrailin etdiyini gördünmü? Hər dağın başında, hər ağacın altında fahişəlik etdilər. İsrailin etdiyini Yahuda da etdi. Onun zinasının vəlvələsi ilə bu diyar murdar oldu, daşlarla və ağaclarla zina etdi. Yerusalimin küçələrini gəzin və indi baxın, meydanlarında axtarın bir adam tapa bilməzsiniz. Mən səni necə bağışlayım? Mən dedikcə onlar zina etdilər və fahişələrin evlərinə dəstə-dəstə tələsdilər. İpini qırmış ayğır kimi hər biri öz qonşusunun arvadına tərəf kişnəyir. Rəbb deyir ki, mən bu millətdən qisas almarammı? Bax ey İsrail uzaqdan üstünüzə bir millət gətirəcəyəm. O, güclü və qədim bir millətdir. Sən o millətin dilini bilmir, danışdığını başa düşmürsən. Onların ox qabıları qazılmış qəbir kimidir, hamısı igid insanlardır. Sənin güvəndiyin şəhər divarlarını qılıncla vurub yıxacaqlar. Və sənin millətinin leşləri canavarlara və quşlara yem olacaq”. (Tövrat, Yeremya bölməsi, Bab: 2: 5-7, 20, 26-28; Bab 3: 6-9; Bab 5: 1, 7-9, 15-17; Bab 7: 33, 34; Bab 15: 2, 3).

E.ə. 598-ci ildə Babil kralı Nabukodonosor (Bu kral müsəlman tarixi mənbələrində Buxtunnəsr kimi qeyd olunur; e.ə. 605-562) Yahuda krallığına hücum etmiş, Qüdsü (Yerusalim) işğal edərək kralı əsir götürmüşdü. Yahudalılar babillilərə qarşı qiyam qaldıraraq istiqlaliyyətlərini qazanmağa çalışdılar. Lakin Nabukodonosor e.ə. 586-ci ildə yenidən Yahudaya qoşun yeritdi. Qüdsü alıb əhalisini qılıncdan keçirdi. Qüdsün altını üstünə çevirdi, şəhərdə daş-daş üstündə qoymadı. Süleyman məbədi talan edilərək yandırıldı və dağıdıldı. Yəhudilər Babilə sürgün edildilər.

Yəhudilərin Babil sürgünü 47 il (e.ə.586-539) davam etmişdi. Sürgün illərində Ezra (Üzeyir) adlı bir liderlərinin başçılığı altında birləşmiş və islah olmuşdular. Sürgündən xilas olmalarını Əhəməni hökmdarı II Kirə (Kuruş-Keyxosrov) (e.ə.559-529) borcludurlar.

Burada bir şeyi də qeyd etmək yerinə düşəcəkdir. Məlum olduğu kimi Qurani-Kərimdə Zülqərneyn haqqında danışılır (bax: Kəhf surəsi, ayə 83-98). Burada haqqında danışılan Zülqərneyn zənn edildiyi kimi Makedoniyalı İsgəndər deyil, bir çox təfsirçinin qənaətinə görə məhz Əhəməni şahı II Kirdir. Kəhf surəsinin bu ayələrinin enmə səbəbini izah edərkən Təbəri məsələni bu şəkildə açıqlayır. Çünki 83-cü ayə, Məhəmməd peyğəmbərə (s.ə.v) müraciət edərək “Səndən Zülqərneyn haqqında soruşurlar” deyə başlayır. Bunu soruşanlar həmin vaxt (622-632-ci illər) Mədinədə yaşayan yəhudilər idi. Yəhudilər II Kirin xatirəsinə dərin ehtiram və minnət borcu ilə yanaşır, onu hörmətlə yad edirdilər. Buna görə də “əgər Məhəmməd (s.ə.v) həqiqətən peyğəmbərdirsə onu mütləq tanımalıdır” deyə düşünərək ona “Zülqərneyn haqqında nə bilirsən?” sualını vermişdilər.

E.ə. 539-cu ildə Babili işğal edən II Kir yəhudilərə öz ölkələrinə qayıtmaq üçün icazə vermişdi. Qüdsə qayıdan yəhudilər e.ə. 520-ci ildə Süleyman məbədini yenidən bərpa etməyə çalışmışdılar. Buraya qədər baş verən hadisələr Qurani-Kərimin İsra surəsi 4-cü ayəsində qeyd edilmiş “iki dəfə fəsad”ın birincisi idi. Əhəməni imperiyasının dağılması, Makedoniyalı İsgəndərin işğalları və yunanların güclənməsi fonunda yəhudi cəmiyyətində yeni bir siyasi və ictimai tənəzzülün təməli qoyulmuşdu. İsgəndərin ölümündən sonra onun imperiyası üç yerə bölündü. Suriya Selevkilər (Seleucide) imperiyasının sərhədləri daxilində qaldı. Kral III Antiox e.ə. 198-ci ildə Fələstini öz torpaqlarına birləşdirdi. Bütpərəst olan yunan Selevkilər yəhudilərin ilahi mənşəli dini etiaqdlarından narahatlıq duyurdular. Buna görə də iqtisadi və siyasi təzyiq və təsir vasitələrinə əl ataraq yəhudiləri yunan mədəniyyətinin içində “əritməyə” çalışdılar. Yəhudilərin əksəriyyəti yunan mədəniyyəti və həyat tərzini mənimsəmişdilər. Lakin yunan mədəniyyəti içində əriməyərək öz ənənələrini davam etdirən yəhudilər də var idi. E.ə. 175-ci ildə hakimiyyətə gələn IV Antiox yəhudi dinini və mədəniyyətini tamamilə aradan qaldırmaq niyyətində idi və bunun üçün əlindən gələni etdi. Qüdsdəki Süleyman məbədinə bütlər qoydurdu və yəhudilərin bunlara sitayiş etmələrini tələb etdi. Öz dini ayinlərini və qurban kəsmə mərasimlərini qadağan edərək, qurbanları bütlərin qarşısında kəsmələrini tələb etdi. Tövrat oxumaq, evində Tövrat saxlamaq, şənbə qadağasına (şabat) əməl etməkdən ötrü cəza verilməyə başladı. Lakin bu tədbirlər yəhudilərin tarixdəki məşhur Makkabi üsyanı ilə nəticələndi. E.ə. 67-ci ildə yəhudilər yunan müstəmləkəçiliyinən xilas olaraq öz dövlətlərini qurdular.

Makkabilərin başlatdıqları dini, əxlaqi, siyasi dəyişikliklər bir müddət sonra öz həyəcanının itirdi. Yəhudilər yenidən əvvəlki həyat tərzlərinə qayıtdılar və daxildə müxtəlif qruplara ayrılaraq parçalandılar. E.ə. 63-cü ildə romalı sərkərdə Pompey Qüdsü işğal edərək yəhudilərin siyasi istiqlaliyyətlərinə son qoydu. Lakin romalılar yəhudiləri romalı bir canişin təyin edərək deyil yəhudi bir kukla hökmdar vasitəsiylə idarə etməyin daha məqsədəuyğun olacağını düşünürdülər. E.ə. 40-cı ildə romalılar Herod adlı bir nəfəri yəhudi kralı təyin etdilər. Herodun hakimiyyəti dövründə (e.ə.40 – e. 4) yəhudilər romalıların həyat tərzini və mədəniyyətini mənimsəmiş, əxlaqi cəhətdən tamamilə degenarasiyaya uğramışdılar. Eramızın 6-cı ilində romalılar Herodun oğlu Arxeleyi hakimiyyətdən uzaqlaşdıraraq onun yerinə romalı bir canişin təyin etdilər. Eramızın 40-cı illərində İsa (ə.s) peyğəmbərin risalət dövrü başlamışdı. İsa (ə.s) peyğəmbər yəhudiləri əxlaqi degenerasiyaya son qoyaraq doğru yola qayıtmağa çağırır, öz dinlərini təhrif etməmələrini barədə onlara öyüd verirdi. Lakin yəhudi din və siyasi xadimləri İsa peyğəmbəri (ə.s) romalı canişin Pont Pilata şikayət etdilər. Herodun Qaliley və İordaniyada hakim olan digər oğlu Herod Antipas isə bir rəqqasənin sifarişi ilə Yəhya peyğəmbərin (ə.s) başını kəsdirmişdi.

Hal-hazırda mövcud olan İncildə, hər nə qədər təhrif edilmiş olsa belə, yəhudilərin həmin dövrdə ədalətsizlik və haqsızlığa göz yumduqlarını göstərən qeydlər mövcuddur. Bir rəqqasənin istəyi ilə Yəhya peyğəmbərin (ə.s) başı bir yəhudi hahamın (din alimi) gözü qabağında kəsilmiş, lakin o, səsini belə çıxarmamışdı. Din alimləri (hahamlar) yorulmadan İsa peyğəmbəri (ə.s) romalılara şikayət edərək ölümlə cəzalandırılmasını tələb edirdilər. İsa peyğəmbər (ə.s) həbs edildi və məhkəməyə verildi. Romalıların milli bayramlarından birində Pont Pilat “Bu gün ağır cinayət işləmiş bir məhkum azad edilməlidir. Kimi azad edək İsanı yoxsa Barabbası ?” deyə soruşanda hahamlar bir ağızdan “Barabbası” deyə cavab vermişdilər. Bu bəlkə də onlara verilmiş son şans idi. Artıq Allahın bu milləti cəzalandırmaması üçün heç bir səbəb qalmamışdı. Məlum olduğu kimi İsa peyğəmbəri (ə.s) edam etmək istədilər. Hətta onun şagirdlərindən biri belə ona xəyanət etdi. Digərləri isə, ona nə qədər inandıqlarını desələr də, onu qorumaq üçün heç nə etmədilər və miskincəsinə oturmağa üstünlük verdilər. İsa (ə.s) Allah tərəfindən xilas edildi (Bax: Qur’ani-Kərim, Nisa surəsi, ayə 157-158).

Həvarilərdən bəziləri İsa peyğəmbərin yəhudilərə etdiyi xəbərdarlıqları nəql etmiş və bunlardan bəziləri İncillərdə qeyd olunmuşdu. İsa (ə.s) onlara belə xitab etmişdi: “Ey Yerusalim, peyğəmbərləri öldürən və xəbərdarlıq üçün göndərilənləri daşqalaq edən Yerusalim. Toyuq öz cücələrini qanadlarının altına necə yığırsa mən də sənin övladlarını öz qanadlarım altına yığmaq istədim, lakin siz istəmədiniz. Evləriniz xaraba qalacaq. Doğrusunu sizə deyirəm ki, bu şəhərdə daş daş üstündə qalmayacaq” (Bax: Luka İncili, 23:37,38; 24:2). “Ey Yerusalim qızları mənim üçün ağlamayın, özünüz və uşaqlarınız üçün ağlayın. Çünki elə günlər yaxınlaşır ki, həmin vaxt deyəcəksiniz: “Nə xoşbəxtdir qısırlar, doğmamış bətnlər, süd yedirməmiş sinələr. Dağlara və təpələrə “üstümüzə tökülün, bizi qoruyun” deyəcəksiniz”. (Bax: Luka İncili, 23: 28-30).

İsa peyğəmbərin risalətinə bu şəkildə son qoyulduqdan bir müddət sonra yəhudilərlə romalılar arasında gərginlik yarandı və 64-66-cı illərdə yəhudilər qiyam qaldırılar. E.ə. 70-ci ildə Titus böyük bir ordu ilə hücum edərək Yerusalimi işğal etdi. Romalılar şəhərdə böyük qırğın törətdilər. 133 min yəhudi öldürüldü və 67 min nəfər əsir alınaraq qul bazarlarında satıldı. Minlərcə yəhudi Afrikaya, mədənlərdə işlədilmək üçün, sürgün edildi. Əsirlərdən əyləncə üçün istifadə edir, onları vəhşi heyvanlarla döyüşməyə məcbur edir, canlı, hərəkət edən hədəf kimi onlara ox atırdılar. Gözəl qızlarını seçib romalı əsgərlərin arasında bölüşdürdülər. Yerusalim, başda Süleyman məbədi olmaqla, darmadağın edildi. Roma imperatoru Adrian bir müddət sonra Yerusalimi təmir etdirdi, lakin adını dəyişərək Aielia qoydu və yəhudilərin bu şəhərə daxil olmaları belə qadağan olundu. Fələstindəki yəhudilərin böyük əksəriyyəti Avropaya sürgün edildi. Bununla da Qurani-Kərimin İsra surəsi 4-cü ayəsində qeyd edilmiş “iki dəfə fəsad”ın ikincisi də sona çatdı.

XIX əsrin sonu-XX əsrin birinci yarısı yəhudi millətinin tarixində mühüm hadisələrin baş verdiyi dövrdür. Siyasi sionizm, millətçilik cərəyanlarının sürətlə yayıldığı Avropada XIX əsrdə Teodor Herzl (1860-1904) adlı yəhudi hüquqşünas-jurnalist tərəfindən yaradılmışdı. T. Herzl 1869-cu ildə qələmə aldığı “The Jewish State” adlı kitabda siyasi sionizmin təməlini atmışdı. 1897-ci ildə İsveçrənin Bazel şəhərində keçirilən I Sionist Konqresdə Ümumdünya Sionist Təşkilat qurulmuşdu. Bu ideologiyanın yarandığı dövrdə Fələstinə köçmək mümkün olmadığı üçün yəhudi dövlətini Uqandada qurmaq planı ortaya atılmışdı. Lakin daha sonra bu fikirdən əl çəkilərək yəhudi millətinin tarixi torpaqları adlandırdıqları Fələstində yəhudi dövlətinin qurulması qərarına gəlmişdilər. I dünya müharibəsindən sonra 2 noyabr 1917-ci ildə İngiltərə başnaziri Artur Ceyms Balfur özünün məşhur “Balfur (Balfour) Bəyannaməsi” ilə yəhudilərə Fələstində torpaq vəd etmişdi. Həmin vaxtdan 1948-ci ilə qədər Avropadan yəhudilər Fələstinə köçürülmüş və 1948-ci ildə Fələstin torpaqları BMT-nin qərarı ilə ərəblərlə yəhudilər arasında iki yerə bölünmüş, İsrail dövləti qurulmuşdu. Hal-hazırda İsrail özünün 6,4 milyon əhalisi ilə dünyada ən çox yəhudi yaşayan ikinci ölkədir. 6,4 milyonun 76% yəhudidir. Dünyada yəhudilərin ən çox məskun olduqları ölkə ABŞ-dır (təqribən 6,3 milyon, ümumi əhalinin 3%).

Yəhudilərin ABŞ-a köçü XIX əsrin ikinci yarısından etibarən yüksələn xəttlə davam etmişdir. XIX əsrin əvvəllərində ABŞ-da cəmi 6000 yəhudi yaşayırdı. 1830-cu illərdə Almaniya yəhudilərinin bu ölkəyə köçməsi nəticəsində ABŞ yəhudilərinin sayı 17 minə çatmışdır. 1880-ci illərdə ABŞ-da 270 min yəhudi var idi ki, bunun 180 mini Nyu York və ətrafında məskunlaşmışdı. 1881-1914-cü illərdə Avropadan hər il 50 min yəhudi köçüb ABŞ-da məskunlaşmışdı Birinci dünya müharibəsi ərəfəsində ABŞ-da artıq 1,8 milyon yəhudi yaşayırdı. Nyu York yəhudiləri Manhattanın “yuxarı şərq sahili” (upper east side) adlanan ərazisində məskunlaşmışdılar. Burada məskunlaşanlar ABŞ-ın ən zəngin ailələri idi. Bunların arasında Markus Qoldmən (Goldman Sachs Co. bankir) Çarlz Blyuminqdeyl (Bloomingdale mağazalar şəbəkəsi), Henri, Emanuel və Mayer Lehman qardaşları (Lehman Brothers), Abraham Kuhn və Solomon Loev (Loev and Co. bankir) adlarını çəkmək olar. I dünya müharibəsi ilə dünyanın siyasi-hərbi və iqtisadi-mailiyyə mərkəzinin Avropadan ABŞ-a keçişi prosesi başladı və bu proses II dünya mühribəsinin bitməsi ilə tamamlandı.

Hal-hazırda İsraildə yaşayan yəhudilərin 67% İsrail təvəllüdlüdür, geri qalanı gəlmədir. Bəzi mülahizələrə görə hadisələrin hazırki gedişatı və inkişaf istiqaməti İsrail-Fələstin münaqişəsini addım-addım İsra surəsinin 8-ci ayəsindəki (Əgər siz (yenidən fitnə-fəsada) qayıtsanız, Biz də (sizi yenidən cəzalandırmağa) qayıdarıq) xəbərdarlığın həyata keçməsinə doğru yaxınlaşdırır. Buna İsrail dövlətinin bayrağındakı simvolların ifadə etdiyi mənanın səbəb olacağı güman edilir. Belə ki, İsrail dövlətinin bayrağında ağ fon üzərindəki iki mavi zolaq Nil və Fərat çaylarını, bu iki zolaq arasındakı altı guşəli ulduz isə böyük İsrail dövlətini simvollaşdırır. Bu ideya Tövratdakı bir cümləyə əsaslanır: “O gün Rəbb Avramla razılaşaraq ona belə dedi: Misir çayından böyük Fərat çayına qədər olan bu torpaqları sənin nəslindən törəyənlərə verəcəyəm” (bax: Tövrat, Təkvin bölməsi, 11/18). Təsadüfi deyildi ki, İsrail dövlətini banisi David Ben Qurion isə belə demişdi: “Fələstinin bugünkü xəritəsi İngilis müstəmləkə canişinliyi tərəfindən çəkilmişdir. Yəhudi xalqının, gənclərimizin və böyüklərimizin həyata keçirməyə borclu olduqları başqa bir xəritə var: Nildən Fərata qədər”. Bu xəritənin həyata keçməsi üçün bu gün mövcud olan yeddi dövlətin bəzilərinin ərazi bütövlüyünün pozulmasına, bəzilərinin isə ümumiyyətlə mövcud olmamasına ehtiyac var. Bu yeddi dövlət bunlardır: Livan, İordaniya, Suriya, Misir, Səudiyyət Ərəbistanı, İraq və Türkiyə. Bəzi mülahizələrə görə ABŞ-ın Böyük Orta Şərq Layihəsi (Greater Middle East Project) məhz bu uzun və çətin prosesə xidmət edir. Bu uzun və çətin layihədə əsas rollardan birini heç şübhəsiz “kürd məsələsi” oynayır. Məsələ burasındadır ki, yuxarıda sadaladığımız yeddi dövlətdən 4-ündə kürdlər yaşayır. Ümumiyyətlə dünyada 25-26 milyon kürd yaşayır. Türkiyə 11,5 milyon (ümumi əhali 73,9 milyon-2007), İran 4,1 milyon (ümumi əhali 66,7 milyon-2002), İraq 4,3 milyon (ümumi əhali 26,7 milyon-2006), Suriya 1,4 milyon (ümumi əhali 17,7 milyon-2005), Livan 80 min (ümumi əhali 3,8 milyon-2006) kürd əhaliyə sahibdir. Bundan başqa Əfqanıstan, Azərbaycan, İsrail, Gürcüstan, Ermənistan və Türkmənistan da sıra ilə kürdlərin ən çox məskunlaşdıqları ölkələrdir (cəmi 630-650 min). Avropa və Amerikada da təqribən 1-1,2 milyon kürd yaşayır. Kürdlərin böyük əksəriyyəti İslam, geri qalanı isə yezidi, zərdüşti (atəşpərəst), yəhudi və xristian dinlərinə sitayiş edirlər. İraqın şimalında hal-hazırda artıq bir kürd dövləti qurulub. Buna “şimali İraq yerli kürd idarəsi” deyilsə də bu artıq özünün bayrağı, gerbi, himni, parlamenti, başnaziri, ordusu, pul vahidi olan bir dövlətdir. Dünyanın bir çox ölkəsi, başda ABŞ olmaqla Avropa İttifaqı ölkələri, Rusiya, Çin kimi ölkələr burada konsulluqlar açıblar. İraqın sahib olduğu neft ehtiyatlarının (cəmi 115 milyard barrel) 50%-ə yaxını buradakı kürd muxtariyyətinin nəzarətindədir.



Hal-hazırda kürd muxtariyyəti neft gəlirlərini iqtisadi inkişafa və abadlığa istiqamətləndirməkdədir. Muxtariyyətin Süleymaniyyə və Ərbil kimi şəhərlərində ucalan göydələnlər və küçələrdəki bahalı maşınlar buranı müharibə gedən ölkənin bir hissəsindən daha çox körfəzin neftlə zəngin ölkələrinə daha çox oxşadır. Bununla da şimali İraqdakı kürd muxtariyyəti ətraf ölkələrdə yaşayan kürdlər üçün bir cazibə mərkəzi halına gətirilir. Bunun ətraf ölkələrdəki kürd əhalinin gələcəkdə muxtariyyət ətrafında birləşmək istəyini artıracağı şübhəzisdir. Bunun üçün isə Suriya, İran və Türkiyənin ərazi bütövlüyü pozulmalıdır. Bu ölkələrin heç birinin bunu qəbul etməyəcəyi aydındır. Bu isə hələ uzun müddət regionda gərginliyin hökm sürəcəyindən xəbər verir. Bu gərginliyin gələcəkdə səbəb olacağı “partlayış”dan isə ən çox ziyan çəkən ölkə şübhəsiz İsrail olacaq. Çünki İsrailin region ölkələri ilə nə etnik, nə dini, nə mədəni, ümumiyyətlə heç bir ortaq cəhəti yoxdur. Təhlükəsizliyi isə sadəcə ABŞ-ın dünyanın ən güclü ölkəsi olmağına bağlıdır.

Digər tərəfndən də bu gün ABŞ-da baş verən hadisələr gələcəkdə bu ölkədəki yəhudi əhalinin İsrailə köçməsi ilə nəticələnə bilər. ABŞ-ın iki cəbhədə müharibəyə cəlb olunması (Əfqanıstan və İraq) və təkidlə üçüncü cəbhənin (İran) açılmaq istənməsi Lockheed, Northrop, General Dynamics kimi iri silah şərkətlərinin 100 milyard $-larla dövlət sifarişləri almalarına, BP-Amocco, Royal Dutch-Shell, Exonn-Mobil və Texaco-Chevronun kimi şirkətlərin neftlə zəngin yeni ərazilərə daxil olmalarına şərait yaradır. Adı çəkilən bu şirkətlərin sahibləri mənşəcə yəhudidirlər və ya şirkətin mühüm bir hissəsi mənşəcə yəhudi olan hissədarlara məxsusdur. İraq və Əfqanıstan müharibələri ABŞ-a tjqribən 1,2 trilyon $-a başa gəlmişdir. Bu “yükü” ABŞ-ın sıravi vergi ödəyiciləri daşımaq məcburiyyətindədirlər. Üstəlik minlərlə sıravi amerikalı vətənlərindən on min km-lərlə uzaq bu iki ölkədə həyatları ilə vidalaşmalı olmuşdurlar. İstənilən nəticə isə alınmamışdır. İndi isə “mortgage böhranı” ilə başlayan və “qlobal maliyyə böhranı”na dönən hadisə sıravi amerikalıların ciblərini boşaltmaqdadır. Kiçik və orta böyüklükdəki maliyyə qurumları qeyri-sabit faiz şərti ilə, ödəmə imkanlarına baxmadan, əhaliyə mənzil üçün kreditlər verməyə başlamışdı. Kreditlərin verildiyi dövrdə faizlər 1-1,2% idi, lakin bir müddət sonra 5-5,2% yüksəldi. Borclular nəinki borclarını, heç faizlərini belə ödəyə bilmirdilər. Borcunu ödəyə bilməyənlərə satılmış daşınmaz əmlak, müqavilə şərtlərinə uyğun olaraq əllərindən alınırdı. İflasa uğramış maliyyə qurumları FED (ABŞ Məzkəzi Bankı) və FDIC (Federal Deposit Insurance Corp.) tərəfindən daha iri maliyyə qurumlarına çox ucuz qiymətə satılmışdır. Məsələn bu ilin mart ayında “JP Morgan Chase” bankı iflasa uğramış “Bear Stearns”ı, FED-in vasitəçiliyi ilə, 1 milyard dollara satın almışdı. Halbuki bir ilə əvvəl bu şirkətin dəyəri 32 milyard $ olaraq qiymətləndirilmişdi. İri maliyyə qurumları satın aldıqları, müflis elan edilmiş, maliyyə qurumlarının borclarını da təbii ki, satın alırdılar. Yəni “0”-ı tükədərək özünü müflis elan etmiş quruma borclu olanlar indi onu satın alana borcludurlar, həm də faizi ilə birlikdə. Beləliklə sıravi amerikalılar qəbirə qədər bu iri maliyyə qurumlarına borc və faiz ödəmək məcburiyyətindədirlər. Böhranın qarşısını almaq və iflasları dayandırmaq üçün ABŞ hömuməti 100 milyardlarla $ vəsait ayırmaq məcburiyyətində qaldı. Bu 100 milyardlar da təbii ki, sıravi ABŞ vergi ödəyiciləri tərəfindən ödənəcəkdir. Maliyyə böhranı ABŞ-a hələlik 1,4 trilyon $ başa gəlmişdir. Halbuki bu trilyonlar ölkənin səhiyyə, təhsil, kommunikasiya, mənzil şəraitinin yaxşılaşdırılması, ətraf mühitin qorunması, dünyanın digər ölkələrində acından ölən insanlara kömək kimi layihələrə də xərclənə bilərdi.

Beləcə bir müddət sonra sıravi ABŞ vətəndaşları “kimsə bizim cibimizə girir” deyə düşünməyə başlayacaqlar. “Fəqət kim?” sualının cavabını tapanda, düşünürəm ki, ABŞ yəhudiləri ölkəni tərk etmək məcburiyyətində qalacaqlar. E.ə 8 əsrdə Misirdən, VII əsrin əvvəllərində ərəb yarımadasından, 1376-cı ildə Macarıstandan, 1394-cü ildə Fransadan, XV əsrin ortalarında İtaliya və Siciliyadan, 1470-ci ildə Bavariyadan, 1492-ci ildə İspaniyadan, 1498-ci ildə Portuqaliyadan, 1905-ci ildə Rusiyadan, 1930-cu illərdə mərkəzi Avropadan bu və bənzəri səbəblərdən ötrü qovulduqlarını nəzərə almaq yerinə düşəcəkdir. ABŞ yəhudilərinin gedə biləcəkləri yeganə yer isə İsraildir. İsrailin region ölkələri ilə nə etnik, nə dini, nə mədəni, ümumiyyətlə heç bir ortaq cəhəti olmadığını yuxarıda qeyd etmişdik. Təhlükəsizliyi isə sadəcə ABŞ-ın dünyanın ən güclü ölkəsi olmasına bağlıdır. Bunun nə qədər davam edəcəyini isə zaman göstərəcək.
 
Üst