Türkiye’de İslam İnkilabı Olabiler Mi

SALUR

Dost Üyeler
Katılım
23 Ara 2008
Mesajlar
859
Tepkime puanı
0
Puanları
0
Konum
(the_aci_show)
Türkiye’de İslam İnqilabi Olabiler Mi


Yaxın və Orta Şərq regionu, daha da dəqiqləşdirsək, İslam coğrafiyası XIII əsrdən sonra özünün ən çətin və ən böhranlı çağını müasir dövrümüzdə yaşamaqdadır. Bu coğrafiyanın XX əsrdə yaşadığı faciəvi hadisələri sadəcə XIII əsrdə baş verənlərlə müqayisə etmək mümkündür. Buna görə də mövzuya keçməmişdən əvvəl XIII əsrdə baş vermiş bir hadisənin bəzi məqamlarını iqtibas etmək istəyərdim. Məlum olduğu kimi Hülagü xan 1258-ci ildə Bağdadı zəbt etmiş və Abbasi xilafətinin varlığına son qoymuşdu. Lakin bir problem var idi, Hülagü xan əhalisinin böyük əksəriyyəti müsəlmanlardan ibarət olan bir ölkəni idarə etməli idi. Bunun mütləq hüquqi bir əsası olmalı idi. Çünki o, bütpərəst idi və üstəlik hakimiyyəti zorla qəsb etmişdi. Əhalinin itaətini və hakimiyyətinin sabitliyini təmin etmək üçün hüquqi əsas lazım idi. Buna görə də Hülagü xan hicri 656-cı ildə (1258) Bağdaddakı fəqihləri (İslam hüquqşünasları) şəhərin Mustansiriyyə mədrəsəsinə topladı və onlardan bu məzmunda bir fətva verməyi tələb etdi: “Müsəlman olmayan, lakin ədalətli hökmdar, müsəlman olan, lakin ədalətsiz hökmdardan daha əvladır”. Mədrəsədəki alimlər müzakirədən sonra bu məzmunda bir fətva verməkdən imtina etdilər. Sonra mədrəsəyə İraqın şiə alimlərindən Raziyəddin ibn Əli ibn Taus dəvət edildi. İbn Taus tərəddüd etmədən Hülagü xanın yazdırdığı fətvanı təsdiqlədi. Onun ardınca da bəziləri sənədi təsdiqlədilər .

Şərqşünaslıq elminin məhz qərbdə, Avropada yaranmış olması təsadüfi deyil. Biz özümüzü tanımazkən və maraqlanmazkən qərblilər bizi öyrənir və bizi özümüzdən daha yaxşı tanıyırdılar. Osmanlı dövlətinin zəifləməsi və tənəzzülünün paralelində bütün müsəlman şərqi dərin siyasi, iqtisadi və ictimai böhran dövrünə qədəm qoymuş və bu dövr nəhayət birinci dünya müharibəsində tam işğalla nəticələnmişdi. Bu coğrafiyada yaşayıb yaratmış bir çox mütəfəkkir, ziyalı yeni oyanış, yenidən diriliş və tərəqqinin yolları haqqında baş sındırmışdılar. Bir çoxları şərqin yeni bir intibah dövrünü yaşaması üçün İslam dininin təkanverici qüvvə olduğu qənaətinə gəlmişdilər. Lakin XIX əsrin sonu-XX əsrin əvvəlləri bütün dünyada sekulyarizmin və ateizmin ən qüvvətli dövrü olduğu üçün bu kimi düşüncələr nəzəriyyə olmaqdan daha irəli gedə bilmədilər. XX əsr isə, özünün ilk və son 20 ili istisna olmaqla, iki hegemon qüvvənin mübarizəsi şəraitində keçmiş və müsəlman şərqi bu iki cəbhə arasında bölünmüşdü. ABŞ SSRİ-ni öz sərhədləri daxilində təcrid etmək və kommunist ekspansiyasının qarşısıın almaq üçün üç əsas cəbhə müəyyən etmişdi. Birinci cəbhə qərbi Avropada (Avropa İttifaqı), ikincisi Yaxın və Orta Şərqdə (Yaşıl Zolaq-Green Zone), üçüncüsü isə Yaponiya, Cənubi Koreya, Malaziya, Sinqapur olmaqla Uzaq Şərq cəbhəsi. Bu üç cəbhə xəttindən ən kövrəyi və ən təhlükəlisi heç şübhəsiz ikincisi idi. Bu cəbhənin yarılması birinci ilə üçüncünü ağır zərbə altında qoya bilərdi. Buradakı rejimlərin demək olar ki, hamısı qərb dövlətləri tərəfindən qurulmuş və ABŞ-ın nəzarətindən kənar deyildilər. Lakin Misir, Suriya, İraqda baş verən hərbi çevrilişlər və daha sonra da bu ölkələrin Sovet təmayüllü siyasi kursu qəbul etmələri ABŞ-ı daha möhkəm əsaslara istinad etmək məcburiyyətində qoydu. “Qırmızı zəhərə qarşı yaşıl vaksin” ideyası da buradan ilham alınaraq meydana gətirildi. ABŞ prezidenti Jimmi Carterin milli təhlükəsizlik müşaviri Zbigniew Brzezinskinin müəllifi olduğu “Yaşıl Zolaq” layihəsi 1977-ci ildən etibarən dəstəklənməyə başlandı. Əsasən Türkiyə, İran, Pakistan, Əfqanıstan, sonra isə digər bütün müsəlman ölkələrində İslam təmayüllü siyasi qruplar bütün cəhətləri ilə dəstəkləndilər. Türkiyə SSRİ-nin Aralıq dənizinə, İran Fars körfəzinə, Əfqanıstan və Pakistan isə Hind okeanına çıxışı üzərində ciddi geosiyasi əngəl olmalı idi. Bu həmin ölkələrdəki İslami qruplar üçün göydəndüşmə olmuşdu. Çünki uzun illər boyu öz ölkələrindəki rejimlər tərəfindən sıxışdırılmış və təqib edilmişdilər. Bu ölkələrdəki İslami hərəkatlar və cərəyanlar əslində ABŞ-ı özlərinin dostu yox, düşməni kimi görürdülər. Onların diktatorlarını dəstəkləyən ABŞ bu dəfə onlara yönəlmişdi. 1979-cu ildə İranda işin nəzarətdən çıxması vəziyyəti gərginləşdirsə də həmin vaxt SSRİ-nin Əfqanıstanı işğalı layihənin daha ciddi şəkildə dəstəklənməsinə səbəb oldu. Pakistan və Əfqanıstandakı İslami hərəkat və cərəyanlar ABŞ-ın birbaşa və dolaylı maddi dəstəyini alır, hərbi təlim keçir, asimmetrik müharibə taktikası, gizli fəaliyyət, diversiya, kəşfiyyat, cəsusluq, təbliğat və təşviqat üsullarını öyrənirdilər. Türkiyədə isə ABŞ SSRİ-yə qarşı ən müxtəlif üsullarla mübarizə aparırdı. Buna hərbi çevrilişlər də daxil idi. Lakin “Yaşıl Zolaq” layihəsi daxilində Türkiyədəki İslami camaatlar və təriqətlər də ciddi şəkildə dəstəklənirdilər. Hətta ABŞ Türkiyəyə xüsusi diqqət yetirir və bir o qədər də ehtiyatlı davranırdı. Çünki digər “Yaşıl Zolaq” ölkələrindən fərqli olaraq Türkiyə əsrlər boyu İslam dünyasına liderlik etmiş Osmanlı dövlətinin yerində qurulmuşdu, İstanbul isə 4 əsr xilafətin mərkəzi olmuş bir şəhər idi.

“Türkiyə Qara dəniz regionunda sabitliyi qorumaq, Aralıq dənizinə girişi nəzarətdə saxlamaq, Rusiyanı Qafqazda balanslaşdırmaq, İslam fundamentalizminə qarşı alternativ olmaq və cənubdakı dayaq nöqtəsi olaraq NATO-ya xidmət etməkdədir. Türkiyədə ola biləcək qeyri-sabitlik böyük ehtimalla Balkan yarımadasının cənubunda zorakılığı artıracaq, digər tərəfdən də cənubi Qafqazdakı istiqlaliyyətlərini yeni qazanmış dövlətlərin yenidən rus nüfuz dairəsinə daxil olmasına səbəb olacaqdır”. Dırnaq içindəki bu cümlələrin müəllifi ilə “Yaşıl Zolağ”ın ideya müəllifi eyni şəxsdir, Zbignew Brzezinski.

“İslam fundamentalizminə qarşı alternativ olmaq” cümləsinin altındakı xətti isə mən oxucunun diqqətini cəlb etmək üçün çəkmişəm. Məsələ burasındadır ki, SSRİ-nin dağılmasından sonra ABŞ və onun liderlik etdiyi kapitalist siyasi-iqtisadi sistem İslamdan başqa özü üçün heç bir real təhlükə görmürdü. Bu bəlkə qəribə görünəcək və təəccübə səbəb olacaq. Belə ki, İslam ABŞ-a alternativ ola biləcək və onunla rəqabətə girişə biləcək heç bir dövlət tərəfindən təmsil olunmur. Lakin İslam nəzəri cəhətdən ABŞ-a alternativ ola biləcək və onunla rəqabətə girişə biləcək möhkəm təməllərə əsaslanan düşüncə sisteminə, hüquq sisteminə, iqtisadi və siyasi nəzəriyyəyə malikdir. ABŞ üçün bu nəzəriyyəni praktikaya keçirmək əzmində olan ideologiyadan daha təhlükəli heç nə ola bilməzdi. Buna görə də SSRİ-nin dağılmasından sonra Böyük Orta Şərq Layihəsinin/BOL (Greater Middle East Project) həyata keçirilməsi çərçivəsində model ölkə olaraq Türkiyə seçilmişdir. Niyə məhz Türkiyə? Bu suala Bernard Lewis özünün 1994-cü ildə nəşr etdirdiyi “Niyə Türkiyə Yeganə Müsəlman Demokratiyasıdır?” (Why Turkey Is the only Muslim Democracy) başlıqlı məqaləsində ətraflı cavab verməkdədir.

Açıq və aydın şəkildə “qərb modelində qurulmuş, qərbin diktə etdiyi hüquq normaları ilə idarə olunan, iqtisadi, siyasi, hərbi cəhətlərdən ABŞ-ın nəzarətində olan bütün ölkələrdə İslami siyasi cərəyanların hakimiyyətə gəlməsinə heç bir etirazımız yoxdur” mesajı verilmək istənir. BOL-un digər Yaxın və Orta Şərq ölkələrində uğurla həyata keçirilməsi üçün model ölkə olaraq Türkiyə seçilmişdir. Türkiyədə bu modelə ictimai zəmin hazırlamaq üçün, daha da dəqiqləşdirsək təfəkkürləri bu modelə adaptasiya etmək üçün model şəxsiyyət lazim idi ki, Fətullah Gülən və liderlik etdiyi cərəyan burada əvəzedilməzdir. ABŞ-da fəaliyyət göstərən düşüncə qurumları (think tanks) uzun illərdən bəri bu sahədə tədqiqatlar apararaq hökumətin bu istiqamətdəki siyasətinin formalaşmasında əhəmiyyətli rol oynamışdılar. Bunlardan birinin müəllifi də Cheryl Benarddır. Müəllif öz əsərində hazırki İslami siyasi-ictimai cərəyanları dörd əsas qrupa bölərək tədqiq edir: 1) Dünyəviçilər (The Secularists), 2) Fundamentalistlər, 3) Ənənəçilər (The Traditionalists) və 4) Müasirlikçilər (The Modernists). Müəllif sonuncu, dördüncü qrup haqqında danışarkən Fətullah Gülən və liderlik etdiyi cərəyanı nümunə göstərir, bu qəbildən olan qrupların və sufi cərəyanlarının dəstəklənməsini təklif edir. Ənənəçilərin müasirlikçilərə çevrilməsinin daha asan olduğunu bildirən Ch. Benardın “fundamentalistlər” haqqındakı fikri qətidir: “fiziki olaraq məhv etmək”. Doğrusu adamın humanizmdən yıxılıb ölməyi gəlir. Ch. Benardın kitabındakı bir başlıq da diqqətə dəyərdir: “BASIC POINTS OF THE STRATEGY, Build Up a Modernist Leadership” (Strategiyanın Əsas Hədəfi, Müasirlikçi Liderlik Yaratmaq) . Beləliklə ABŞ “mənim terrorçum yaxşı terrorçudur, başqalarınınki pisdir”, “mənim diktatorum yaxşı diktatordur, başqalarınınki pisdir” kimi prinsiplərini bu sahəyə də “mənim İslamçım yaxşı islamçıdır” formasında tətbiq etməyə başlamışdır. Sağdakı şəkildə ABŞ prezidenti Corc Bushun yanındakı şəxs Şeyx Nizaməddin Kabbanidir. Əmmaməsi, əbası və uzun saqqalına baxmayaraq C. Buş onunla qol-boyun olub şəkil çəkdirməyi heç də təhlükəli hesab etmir, əksinə üzündəki təbəssümdən məmnunluğu hiss olunur. Halbu ki, Usamə bin Ladinin özünün əmmaməsi, əbası və saqqalı ilə zahirən Şeyx Kabbanidən elə də ciddi fərqi yoxdur.

Türkiyə Respublikasnın tarixi koalisiya hökumətlərinin 2-3 illik iqtidarları və siyasi qeyri-sabitliklər, böhranlarla doludur. Lakin region və dünya çapında baş verəcək mühüm hadisələr ərəfisəndə Türkiyədə daim tək partiyanın və xarizmatik bir liderin iqtidara gəlməsini müşahidə edirik. Türkiyədə 1938-ci ildə müasir Türkiyənin banisi Mustafa Kamal ölmüş, yerinə İsmət İnönünün CHP-si tək başına hakimiyyətə gəlmişdir, 1 il sonra ikinci dünya müharibəsi başlamışdır. Almaniya bütün cəhdlərinə baxmayaraq Türkiyəni öz yanına çəkə bilməmişdi. Adolf Hitler bunu özünün “Siyasi Vəsiyyətlərim” adlı kitabında açıqlayır. 1950-ci ildə Adnan Menderesin Demokrat Partiyası tək başına hakimiyyətə gəlmiş, 2 il sonra Türkiyə NATO-ya üzv qəbul edilmiş, ABŞ ilə SSRİ Koreya müharibəsində üz-üzə gəlmişdilər, Türkiyə ordusu Koreyada hərbi əməliyyatlarda iştirak etmişdi. 1983-cü ildə Turqut Özalın ANAP-ı tək başına hakimiyyətə gəlmiş, eyni dövrdə SSRİ-də Qorbaçov erası başlamış və SSRİ dağılmışdı. AK Partiya və onun xarizmatik lideri Rəcəb T. Ərdoğanın kifayət qədər möhkəm olan iqtidarı dövründə regionu hansı dəyişikliklər gözləyir? Biz hal-hazırda bu prosesin içindəyik. Nəticəsini hamımız birlikdə görəcəyik.
 
Üst