Avropa Neçə Desə, Moskva Azərbaycan Qazına Ondan Artığını Verir

SALUR

Dost Üyeler
Katılım
23 Ara 2008
Mesajlar
859
Tepkime puanı
0
Puanları
0
Konum
(the_aci_show)
Avropa Neçə Desə, Moskva Azərbaycan Qazına Ondan Artığını Verir

Azərbaycan təbii ki, istərdi ki, qazını Avropaya satsın, ancaq Avropa Birliyi «Nabucco»nu tikməkdə nəsə fəal deyil.

«Rusiya Azərbaycanın üzünü «Nabucco»dan çevirmək istəyir. Rusiya əlində pul, hazır dayanıb ki, görsün Avropa birbaşa Azərbaycana qaza görə nə qədər verir. Rusiya azı bu qədər pul verməyə razıdır. Özü də «Nabucco» kimi 5 ildən sonra yox, indi…»

Bunları amerikalı professor Stefen Blank EurasiaNet-də yazır.

Rusiya Azərbaycanın üzünü «Nabucco»dan döndərməyə martın əvvəlində də səy göstərdi. Ancaq Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Bakıya gəlişi nəticə vermədi. Ortaya Rusiyanın Ermənistana silah verməsi məsələsi çıxdı.

Ancaq Blankın fikrincə, Rusiya Xəzər dənizindən enerji ixracına nəzarəti itirməkdən narahatdır. Ona görə geri çəkilmək fikri yoxdur. Və nəhayət, martın 27-də Rusiya «Qazprom»la Azərbaycan Dövlət Neft Şirkəti arasında anlaşma memorandumuna nail oldu.

Tərəflər qiymət və həcm məsələsini razılaşdırmaq üçün danışıqlara başlayırlar. Hər şey Kremlin istədiyi kimi getsə, Bakı gələn ildən Rusiyaya qaz satacaq.

«Röyters» hələ memorandumdan bir gün qabaq yazırdı ki, bu qaz sövdələşməsi «Nabucco»nu öldürə bilər. Memorandum imzalanan gün isə Rusiyanın Elmlər Akademiyasında dünya enerji bazarı mərkəzinin direktoru Tatyana Mitrova dedi ki, bu, «Nabucco»nun qazsız qalması ehtimalını gücləndirir.

«Nabucco»nu Azərbaycanmı öldürür?

Enerji eksperti İlham Şaban hesab edir ki, Azərbaycan «Nabucco»nu öldürmür, əksinə, «Nabucco» ölü olduğuna görə Azərbaycan Rusiyaya qaz satmağa razı olur:

İlham Şaban«Nabucco»nun rəsmi saytında göstərilir ki, bu kəmərin 9 enerji mənbəyi ola bilər, bunlardan ən realı, əldə oluna biləni Azərbaycandır. Ancaq Azərbaycanla kommersiya danışıqlarına başlanmayıb, «Nabucco» ilə veriləcək qaza alıcı tapılmayıb. Əslində bu layihə indiki vəziyyətdə ölüdür».

Kremlin istədiyi aydındır, bəs Azərbaycan niyə Rusiyanın yenidən Xəzər regionu sərvətlərinə nüfuz edə bilməsinə razı olur?

Buna səbəb, Blankın fikrincə, qlobal böhrandır. Rusiyanın gəlirləri gündən-günə azalır. Rusiya sürətli hərəkətə keçib, Azərbaycana cəlbedici təkliflər edir. Azərbaycan üçünsə, yerindəcə qazının pulunun verilməsi sərfəlidir.

Neftin qiymətinin düşməsi Azərbaycana da mənfi təsir edib, Azərbaycan öz qazından da böyük pullar qazanmaq istəyir.

Amerikalı alimin fikrincə, Azərbaycan təbii ki, istərdi ki, qazını Avropaya satsın, ancaq Avropa Birliyi «Nabucco»nu tikməkdə nəsə fəal deyil.

İlham Şaban isə hesab edir ki, Azərbaycanın Rusiyaya qaz verməsini şişirdirlər. Söhbət yalnız Dövlət Neft Şirkətinin əlində olan qazın Dağıstana verilməsindən gedir.

Azərbaycanın «Şahdağ» yatağının nəhəng ehtiyatı isə qabaqdadır. Bunun isə İtaliya, Yunanıstan kimi alıcıları var və indidən Azərbaycandan on milyardlarla kub metr qaz istəyirlər.

Alıntıdır.
 
Üst