Gerçekleşen Türk Birliğinde Elifba Meselesi

SALUR

Dost Üyeler
Katılım
23 Ara 2008
Mesajlar
859
Tepkime puanı
0
Puanları
0
Konum
(the_aci_show)
Gerçekleşen Türk Birliğinde Elifba Meselesi

Türk dölətlərinin birliyindən danışarkən gözardı etməməli olduğumuz məsələlərdən biri və bəlkədə birincisi əlifba məsələsidir. Əlifba məsələsi mədəni birliyin tərkib hissəsi olsada ayrılıqda yanaşılmalı və xüsusi önəm verilməlidir.

Bu gün 300 milyondan artıq türk qövmü dünyanın fərqli əlifbalarından istifadə etməkdədir. Heroqlifdən tutmuş latına qədər müxtəlif əlifbalardan istifadə edən türk qövmü bəlkədə bu səbəbdəndir ki, bir araya gəlməkdə, ortaq dil oluşdurmaqda, ortaq ədəbi dəyərlər bəlirləməkdə başarısızdır. Xeyli sayda dəyərli aydınlarımızı düşündürən əlifba məsələsi necə çözümünü bulmalıdır? Bu barədə fərqli yanaşmalar təbii ki olmamış deyil.

Bu gün dünyanın dəngəsini bəlirləyən super güclər türk birliyinin yaranmasını istəməsələr də, bunun labüd olduğunu və gec-tez baş verəcəyini dərk edirlər. Qorxduqları bu birliyin əsintiləri artıq dünyanı sarmaqdadır. Artıq qardaş Türkiyə cümhuriyyətinin atdığı inadlı addımlar, Güney Azərbaycanda səngimək bilməyən dirəniş hərəkatı, digər türk dövlətlərindəki milli kimliyin dərki prosesinin vüsət alması türk birliyinin reallığını gözlər önünə sərgiləməkdədir. Bu gün bütün türk dövlətlərinin aydınları bu məsələdə israrlıdır. Mübarizə ardıcıl və məqsədyönlü aparılmalıdır ki, öz bəhrəsini versin.

Bu yolda mübarizə aparan hər kəsə aydındır ki, biz qalib gələcəyik. Apadığımız haqq mübarizə mütləq və mütləq bizim qələbəmizlə sonuclanmalıdır. Mübarizənin qələbə ilə sonuclanacağına olan inam bizim mübarizəmizi daha inadlı və israrlı etməkdədir.

Müvəqqəti latın əlifbası

Əlifba məsələsi mədəni bir məsələ olmaqla bərabər, həm də kəsinliklə ictimai məsələdir. Bu gün qardaş Türk toplumlarında gedən ictimai-siyasi hadisələri izləmək sadə türk kişisinə ona görə zorluqlar yaradır ki, iranın, çinin, iraqın, rusiyanın pəncəsində əzilən qardaşlarımız fərqli əlifbalardan istifadə etməkdədirlər.

Güneydə baş verən hər hansı bir gəlişməni izləmək üçün biz Güney Azərbaycanın internet saytlarına, xəbər agentliklərinin internet səhifələrinə müraciət etdikdə çox zaman fars əlifbası bizim üçün sorunlar çıxarmaqdadır. Bəs birləşdikdən sonra nə etməli? Və ya bu birləşməyə əngəl olan xırda bir sorunu- əlifba sorununu necə çözməli?

Əslində maddi birləşmədən öncə atılmalı olan adımlardan biri də məhz mənəvi yaxınlaşmanı sağlamaqdır. Bu asan görünsədə çox qəliz bir məsələdir. İlk baxışdakı görüntüyə görə dilimiz, ədəbiyyatımız, soyumuz və mədəni dəyərlərimiz bir olsa da biz fərqli əlifbalarda oxuyan iki qardaş toplumuq. Güneylə yaxınlaşmağımız üçün ilk öncə mənəvi yaxınlaşmanın təməl prinsiplərini nəzərə almaq, birləşən Azərbaycan üçün ortaq əlifba düşünmək, maarifləndirmə işini indidən başlamaq lazımdır.

İlk mərhələdə dünya miqyasına çıxmaq üçün biz latınla kifayətənə bilərik. Çünki dünya xalqlarının böyük bir hissəsi latından istifadə etməkdədir. Müstəqil olan Quzey tərəfin də əlifbasının latın olduğu üçün deyil, latının fars əlifbasından daha münasib olduğuna görə, bu əlifba üzərindən təbliğatımızı qurmağın və dünyaya çıxmağın daha asan olduğu üçün latın müəyyən müddət üçün daha münasibdir. Lakin əlifba islahatı uzunmüddətli məsələ olduğuna görə daha düşünülmüş bir siyasət yürüdülməlidir. Zatən modern dünyanın tələblərinə uyğun olaraq güneyli aydınlarımızın az bir qismi latından xəbərdardırlar. Bu gün latın əlifbasından xəbərdar olan Güneyli aydınlarımızdan tələb olunan əlifba məsələsində inadlı və israrlı olmaq, sadə insanları maarifləndirmək və türk insanının dünyaya inteqrasiyasının latınla mümkün olduğunu gözardı etməməkdir.

Güney Azərbaycan nümunəsi bütün işğalda olan türk torpaqları üçün keçərlidir. Bu gün iraq tərkibində olan Kərkük, çinin tərkibində olan Uyğur eli, rusiyanın tərkibində olan türk toplumları əlifba məsələsində diqqətli olmalı, yaranan türk birliyinin sürətlənməsi üçün mədəni məsələni gözardı etməməli, bu səpkidəki çalışmalarını ilk öncə xalqın oyanışndan və dirənişindən başladıqdan sonra mədəni məsələni-əlifba məsələsini gündəmə gətirməlidirlər.

Türkün öz əlifbası və ya Ortaq türk əlifbası

Tarixən də, indidə türk qövmü fərqli əlifbalar qullansada biz bilirik ki, bizim ən uğurlu əlifbamız Orhun-Yenisey kitabələrinin yazıldığı Orhun –Yenisey əlifbasıdır. 35 işarəlik öz əlifbamız bütün əlifbalardan daha münasib bir seçimdir. əgər bir millət olaraq öz dilimizin yaşamasını istəyiriksə , öz əlifbamızın yaşamasında istəməliyik. Türk təfəkkürü tarixəndə, məntiqinə vardıqda indidə şifahidir. Elə bu və digər səbəblər ortaq türk əlifbası məsələsini aktuallaşdırır.

Həm latında, həm də kirildə bir qərb ruhu, bizə yad nə isə var. Ondandır ki, psixoloji olaraq bu hər iki əlifba bizə yaddır. Digər əlifbalardan da istifadə münasib deyil. Ərəblər də, farslar da türklərdən sonra mədəniyyət qurmuş toplumlardır. Bu nüansları nəzərə alsaq gerçəkləşən türk birliyinin gələcək əlifbası hökmən və hökmən Orhun –Yenisey əlifbası olmalıdır. Çox əski tarixə malik bu əlifba ortaq türk birliyinin əlifbası olmağa tam layiqli və münasibdir.

Bu gün unudulub getməməsi üçün Orhun-Yenisey əlifbası dərsliklərə salınmalı, türk cocuqlarına ən azı alternativ əlifba kimi öyrədilməlidir. Bu əlifbada yazılan kitabələr həmçinin əski türkcəmiz gənclərə universitet səviyyəsində tədris olunmalıdır. “Kitabi-dədə Qorqud”un tədris olunduğu kimi əski Orhun –Yenisey abidələri də türk gəncinə öyrədilməlidir. Bu bir həqiqətdir ki, öz əlifbası olan toplumların birləşməyi öz dövlətlərini qurması daha asandır.Əlifbası olan millət daima qürurlu və inamlı olur. Türk millətinin də qüruru və ucalığı türk dili və Orhun-Yenisey əlifbasıdır. Əlifba bizim milli kimliyimizdir. Biz milli kimliyimizi dərk etməliyik. Bu gün təfəkkürümüzün altyapısı Orhun-Yenisey əlifbasından ibarətdir. Elə ona görə də, əlifba məsələsi gündəmi bir an da tərk etməməlidir.

Əlifba milli qürur mənbəyidir. Öz əlifbamızın varlığı nə qədər qürur vericidirsə, işlənməməyi bir o qədər cansıxıcıdır. Öz əlifbası olmayan millətlərdə bir aşağılıq kompleksi təzahür edər.Bu gün türk toplumu ərəbin, farsın, latının ,kirilin basqısından qurtulmaq üçün öz əlifbasına dönüşü sürətləndirməlidir. Aşağılıq kompleksinin üzərimizdən qalxması üçün bu dönüş zəruridir.
Alıntıdır.
 
Üst