Neden Turk-islam tarihinde Turk dili ve kimligi asagilanmistir ?

Kartal Gözü

Dost Üyeler
Katılım
6 Eki 2008
Mesajlar
1,388
Tepkime puanı
0
Puanları
0
Neden Turk-islam tarihinde Turk dili ve kimligi asagilanmistir ?


(Guntay Gencalp)‏



Türk tarixinə ümumi olaraq baxdığımızda ulusal kimlik açısından bir tək Göytürklər dönəminin milli heysiyətinə bütün türk-islam tarixi eşit deyildir. Göytürklər zamanında xaqan öz xalqına “ey türk ulusu!” deyə xitab edir, lakin bütün türk-islam tarixində bu şəkildə bir xitabətə rastlanmamaqdayıq. Türk-islam tarixində türklər ərəb-fars milliyətçiliyi mərkəzli islam anlayışına yem edilmişlər. Hətta bu gün varlıqları ilə öyündüyümüz Kitabi Dədə Qorqud kimi yapıtların da tarixdə qalması türk dövlətlərinin istəkləri üzərinə olmamışdır. Qərb ölkələrində bilimə olan sayqının baş qaldırısı ilə bəzi əsərlərimiz tarixdə qalmışdır. Çünkü Səlcuq dövlətinin “Türk köpəklər şəhərə girdiklərində farsca hürürlər”, Osmanlı yobazlarının “Ətraki bi idrak-idraksız türklər”, Səfəvi qatilliyinin “Erməni və gürcü sevərlik” projeləri türk kimliyinin yüksəlişinə daima əngəl olmuşdur. Türk-islam tarixində türkcənin yerini XIV əsr tarixçisi Aşıq Paşazadə bu misralarla müəyyən edir:

“Türk dilinə kimsənə baxmaz idi

Türklərə hərgiz könül axmaz idi”

Lakin Aşıq Paşazadə də sadəcə mövcud gerçəkliyi söyləmiş və türkçəni aşağılayan ideolojinin nədən ibarət olduğu haqda heç bir şey söyləməmişdir. Böyük ehtimala görə Aşıq Paşazadə canından qorxduğu üçün bu gedişatın arxasındakı ideolojiyə toxunmamışdır. Çünkü peyqəmbər adına saxta hədis uydurub türkcəni aşağılayıb ərəbçilik edən qurumların əlində siyasi, hərbi və iqtisadi güc mövcud idi. Bu qurumlar ərəb milliyətçiliyi mərkəzli islam anlayışına qarşı çıxan insanları məhv etmək üçün bütün imkanlara sahib idilər.

Əgər Ziya Göyalp “Türkçülük ideyası Rusiya istilasında olan türklərdə doğdu”- deyirsə, bunun tarixi səbəbi vardır. Çünkü Rus dövlətinin “Cənnətin dili ərəb dilidir” kimi politikası yox idi. Bu üzdən də türkçələr Rusiyada mədəniyət dili olmağa özən göstərdi. Rəsulzadə, tarixdəki bu qorxunc antitürk sürəci bu şəkildə anladar: “Türklər milli sitəmi öz cinsindən, öz soyundan gördükləri üçün nəfsi müdafiə (özünü qoruma) duyğusunu itirmişlər.” Əslində nə Rəsulzadə, nə Ziya Göyalp olayların nədən bu şəkildə gəlişməsinin səbəblərini dərinlikləri ilə anlaya və anlada bilməmişlər. Böyük ehtimala görə ya o zamankı bilgi əksikliyi, ya da onların din məsələsinə gerçək sekular zehniyətdən baxa bilməmələri buna əngəl olmuşdur. Çünkü gerçək olan budur ki, 1000 illik din mərkəzli dövlət anlayışına qarşı dərin sekular təcrübə mövcud deyildi. Sekularizmin siyasi, hüquqi, fəlsəfi anlamları onlar üçün sadəcə bir xəbərdən ibarət idi. Onların bildikləri dillərdə sekularizmin məzmunu haqqında geniş bilgi yox idi. Heç bir türkçədə, hətta ərəbcədə və farscada da sekularizm haqqında qısacıq bilgi də mövcud deyildi. Fransada oxuyan Osmanlı gəncləri də bu dəfə fransızca yazırdılar, çünkü Osmanlı dili deyə saxta bir dil heç bir modern ədəbi və fəlsəfi əsərlərin yazılması üçün uyğun deyildi, digər tərəfdən də Osmanlı ölkəsində kitab oxuma kültürü yox idi, kitab oxunmayan ölkədə sənət adamı təqdir görməz, təqdirin olmadığı yerdə də təqdim olmaz. Göyalp və Rəsulzadə kimi o zamanın böyük şəxsiyətləri türklərin nədən kəndi dillərinə bu qədər sayqısız davrandıqlarının səbəbini ya bilmişlər, ancaq mövcud dini basqıya görə yazmamış, yaza bilməmişlər, ya da ümumiyətlə olayın tarixi, sosiolojik tərəfindən xəbərsiz olmuşlar. Mənim qənaətimə görə ikinci amil daha keçərlidir. Yəni onlar da bu hadisənin fəlsəfəsini dərinliyi ilə bilməmişlər. Durum böylə isə bu sualın cavabını olayların arxasında duran ideolojiləri analiz edərək necə tapa bilərik?

***

Türk-islam tarixi bilgi axarı oluşdurmamışdır. Türk-islam tarixi inanc axarından ibarətdir, həm də mahiyəti bəlli olmayan inanc. Türklər islama bilgi planında iman gətirməmişlər. Çünkü ərəb dilini bilməmişlər və ərəb dilindən də heç bir önəmli əsər nə Türkcəyə tərcümə edilmiş, nə də önəmli bir əsər və dini təfsir türk dilində yazılmışdır. Bu hadisənin ən zəif səbəbi Türklərin şəhər həyatından məhrum olmaları olmuşdur. Türklərin yaşadığı coğrafiyalar xaos iqlimindən ibarət olmuşdur və illik ortalama yağmurun miqdarı 15-35 cm arasında olmuşdur. Bu miqdar Avropada 150-200cm arasındadır. Xaos coğrafiyasının quraqlığından yoğrulan özəlliklər şüurlara yansımışdır. Türklərin bilgi planında islama iman gətirməmələri istər-istəməz kor-koranə inancı doğurmuşdur. Bu kor-koranə inancdan faydalanan ərəb milliyətçiliyi mərkəzli islam anlayışı və Səfəvi qatilliyindən başlayaraq fars milliyətçiliyi mərkəz islam anlayışı türk dilini və türk ulusunu öz amacları doğrultusunda kullanmışlar. Siyasiləşən heç bir inancda xoşgörü olmamışdır. Özəlliklə Əməvi, Abbasi, Osmanlı, Səfəvi imperatorluqlarının siyasi ideologiyası halına gələn islam şiddət və savaş inancı şəklinə dönüşmüşdür. Bu üzdən də şeyx-ül islamların fətvaları ilə davranan bu dövlətlər islam adı altında ortaya çıxan fətvaları həyata keçirməkdə çox qəddar və qatilcə davranırdılar. Bu baxımdan bəşərin ən bədbəxt və qanlı tarixi inanclar arası savaşlarda tökülən qanlardan ibarət olmuşdur.

Hz. Məhəmməd peyqəmbər vəfat etdikdən sonra islam bir çox məzhəblərə bölünmüşdür. Lakin qənimət uğruna gedən savaşlar, savaşlar və qəsbkarlıqlar yolu ilə zənginləşmək hədəfi keçici olsa da bu məzhəbləri birləşdirə bilmişdir. Nə zaman ki, qənimət və zənginləşmə uğruna gedən savaşlar durmuşsa məzhəblərin bir-birini parçalaması olayı ortaya çıxmışdır. Hətta bu gün də məsələn 21 ərəb dövlətinin olması təsadüfi deyildir, çünkü güclənən batı qarşısında qənimət uğruna cəhad fəlsəfəsi tarixə gömülmüşdür.

Peyqəmbərin vəfatından sonra ərəb müsəlmanlar Quranın siyasi işlər üçün yetərli olmadığı qənaətinə vardıqları üçün, peyqəmbərin də davranış və söyləmklərindən (hədislərindən) faydalanmaq fikrinə düşdülər. Elə bu zamandan etibarən də peyqəmbər adına minlərcə hədis uyduruldu. Xarici siyasətində mevalilik (sahibi olan) prinsiplə davranan ərəb dövlətləri ərəb olmayanlara ikinci dərəcəli insan kimi baxırdılar. Onlara mevali deyirdilər. Yəni özlərini onların vəlisi (sahibi) sayırdılar. Ərəblər bu siyasətlərinə tanrısal məşruiyət (leqallıq) qazandırmaq üçün peyqəmbər adına uydurulan hədislərə ehtiyac duyurdular. Ərəb milliyətçiliyi mərkəzli siyasi islam millətlərin dillərini silib onları ərəbləşdirmək üçün inandırıcı hədislər uydurmağı bəlli qurumlar vasitəsi ilə gerçəkləşdirdilər. Özəlliklə bu ortamda Türklərin asimilasionu nəzərdə tutulurdu, çünkü həm ən təhlükəli ulus türklər idi, həm savaşqanlıq istedadları dolayısı ilə ərəb milliyətçiliyi mərkəzli siyasi islama yararlı olacaq ən uyğun millət də türklər idi. Ərəblər bu siyasətlərində çətinliklə rastlanmırdılar, çünkü kor-koranə islama inanan türklər peyqəmbər adına uydurulan hədislərə çox rahat inanırdılar. Türklər, hətta ərəblərin söyüşlərini də bəzən quran ayəsi və hədis olaraq sanmışlar. Çünkü ərəb dilinin qazandığı saxta qüdsiyyət bu imkanı və psikologiyanı yaratmışdı. (yeri gəlmişkən bu durumu anladan bir gülməcəni demək tam yerində olar: Bir gün bir türk həccə Məkkəyə gedir. Şeytana daş atma mərasimində bir ərəbin əlindən daş çıxıb dəyir ağ kəfənə bürünmüş başı dibdən qırxılmış türkün başına. Türk dönüb ərəbə əsəbi şəkildə ağzından çıxıan söyüşləri deyir. Ərəb də eyni şəkildə türkə ən çirkin söyüşləri verir. Bu zaman türk heyrət içində dönüb arxadaşına deyir ki: Siz bu geri zəkalı ərəbə baxın! Mən bunun var-yoxunu söyürəm, o da mənə Quran oxuyur!) İştə bu şəkildə ərəb dilinin tarixdə qazandığı “müqəddəs” statusundan dolayı ərəb dilində söylənən islama aid olmayan ərəb kültürü də türklər tərəfindən qəbul görmüşdür. Bu üzdən də tarix boyu türklər heç bir zaman müsəlman ola bilməmişlər, çünkü ərəbcəni anlaya bilməmişlər. İslam türklər üçün bir inşa deyil, bir xəbərdən ibarət olmuşdur. Bu xəbərin də məzmununu ərəb kimliyi doldurmuşdur.

Türk dilinə başladılan saldırı belə bir ortamda meydana çıxmışdır. Ərəb milliyətçiliyi peyqəmbər adına “cənnətdə konuşulan dil ərəbcə olacaqdır” deyə hədis uydurmuşdur. Heç bir araşdırma aparmadan, bu hədisin doğruluğuna şübhə etməyi heç ağlına gətirməyən türklər də dərhal öz adlarını ərəbləşdirməyə başlamışlar. Türk dilini də ərəb dilinin sayəsində cənnət dili etmə inancı türkcənin sürətli şəkildə ərəbləşməsinə yol açmışdır. Hətta Osmanlı yobazlığının uydurduğu osmanlıca adında saxta dil də bu inanc əsasında ortaya çıxmışdır. Bilindiyi kimi osmanlıcanın mərkəzində duran ərəb dilidir. Daha doğrusu osmanlıca türkcədən və farscadan etkilənmiş ərəb dilidir. Tarixə gömüldükləri ana qədər islamı anlamayan, sadəcə ərəb qafalı şeyx-ül islamların fətvaları üzərinə türkləri tarixə gömməyə çalışan Osmanlı yobazlığı bir kərə də olsun hədislərin üzərinə araşdırma yapdırmağı ağlına gətirmədi. Bir halda ki, peyqəmbərin “görsəniz mənim söylədiklərimlə Quran arasında ziddiyət var, mənim söylədiyimi unudun”- dediyi bir çox mötəbər qaynaqlarda keçmişdir. Peyqəmbərin adına söylənən ərəbcənin cənnət dili olacağı hədisi də Quranla tam ziddiyət təşkil edir. Çünkü Quranda bir neçə yerdə o cümlədən Hücərat surəsinin 13-cü ayəsində digər millətlərin varlığı Tanrısal iradə əsasında olduğu vurğulanır. Millətləri fərqləndirən isə yalnız onların dilidir. Ayrıca Quranın heç bir yerində cənnətin dilinin ərəbcə olacağı haqda bilgi mövcud deyildir. Ən önəmlisi isə Quran israrla söyləyir ki, peyqəmbər hər şeyi bilmir, hər şeyi bilən Tanrıdır. Hətta Quranda Tanrı peyqəmbərə xitabən deyir ki: “Səndən ruh haqqında sual soruşsalar, de ki, bu haqda mənə bilgi verilməmişdir.” Peyqəmbər özü də israrla “Mən də sizin kimi bir insanam” deyirdi. Əgər durum belədirsə peyqəmbər cənnət dilinin ərəbcə olacağını hardan bilmişdir? Əgər bu bilgi ona Tanrı qatından verilmişsə, o zaman Quranda da keçməli idi, çünkü peyqəmbərə Tanrı tərəfindən verilən bütün bilgilər ayələr şəklində Quranda mövcuddur. Cənnət-cəhənnəm mövzusunun həm də ruhla ilgili olduğu bəlidir, çünkü diriş olacaqsa cismən və ruhən olmalıdır. Əgər ruh haqqında peyqəmbərə bilgi verilməmişsə, o zaman peyqəmbər cənnətdəki ruhların danışacaqları dilin ərəbcə olacağını hardan bilmişdir. Bu kimi suallarla bu hədisin saxta olduğunu bəlli etmək mümkündür. Ancaq siyasi islam bəlli zamanlarda “hikmətdən sual olunmaz!” adı altında belə sual edənlərin başlarını qoparmış, düşüncələri susdurmuşdur. Bu kimi saxta hədislərin etkisi altında qalan Osmanlı yobazı Sultan Həmid XX əsrin başlarında Seyid Cəmaləddin Əfqaninin təlqinləri ilə ərəbcəni dövlət dili olaraq duyurmaq istəyirdi. Ancaq artıq türkçülər güclənmişdilər və bu kimi yobazlığa “dəf ol!” deyəcək gücdə idilər. Osmanlı sarayından bir yarpaq türkçə əsər miras qalmadı. Bu kimi saxta hədisləri uyduranlar, hətta Adəmin də ərəbcə konuşduğu haqda rəvayətlər nəql edib, türkləri inandıra bilmişdilər. Bu gün Türkiyədə bir cərəyan olaraq davam edən Osmanlı heyranlığı irtica yenə də bu saxta hədisilərin etkisi altında qalaraq həm Türk Dil Qurumu ilə alay edirlər, həm də osmanlıcalıq propaqandası yapırlar. Ancaq bütün bu yobazlıq və saxtakarlıqlar Atatürk adında böyük bir iradə, fövqəl-insan tərəfindən tarixin məzarlığına gömülmüşdür.

***

Türk dilinin ikinci sıxışdırılma evrəsi Səfəvi dövlətinin quruluşu ilə başlamışdır. Nədənsə Quzey Azərbaycanda heç bir qaynağa dayanmayaraq Səfəvi zamanında Türkcənin dövlət dili olduğu inancı ortaya atılmışdır. Böyük ehtimala görə bu yalanı uyduran rus stratejistləri olmuşdur. Çünkü ruslar Səfəviliyin türklüyü və islamın bütünlüyünü parçlayan ən etkili amil olduğunu yaxşı bilmiş olmalılar ki, bu yalanı uydursunlar. Klasik dövlət türlərində ana yasa din kökənli idi və orada dövlətin rəsmi dilinin nə olduğuna heç bir mərhələdə deyinilməmişdir. Səfəvi dövlətinin quruluşunda azərilərin nəinki rolu olmamış, hətta Şah İsmayılın törətdiyi qətlamlara Azərbaycan daha çox dirənmişdir. Bu səbəbdən də Azərbaycanın Şirvan məntəqəsində sözün gerçək anlamında Şah İsmayıl soyqırım törətmişdir. Səfəvi dövlətinin quruluşu ilə azəricənin üzərinə fars milliyətçiliyi mərkəzli dərin ideoloji sərmayə yatırıldı. Səfəvi ideologiyası azəricənin bağlarını Anadolu və türküstanla qopardı. Beləliklə də azəricənin iç dünya görüşü fars dili yönümlü olaraq dəyişməyə başladı. İşin çox maraqlı tərəfi budur ki, bugünkü Azərbaycan ədəbi dili Səfəvi ideologiyasının toxunmadığı Şirvan bölgəsi əsas alınaraq yapılanmışdır. Şirvan, Şah İsmayılın və onun qatil törəmələrinin şiələşdirmə politikasına təslim olmadı. Səfəviliyin tam qalib oldduğu Güney Azərbaycanda isə türk dili demək olar ki, çokmüş içi boşaldılmışdır.

Şah İsmayılın şair olduğu da şübhəlidir. Çünkü tarixi verilərin verdiyi bilgilərə görə İsmayıl 5 yaşından Gilanın (türklərin yaşamadığı ormanlıqlar) yaşamışdır. Yəni tam 10 il fars bölgəsində yaşayan İsmayıl Türk dilini bu qədər dərinliyi ilə fars mühitində necə öyrənmişdir. Türkiyədə “Xətailər” adında kitabı oxuduğum zaman gördüm ki, 500-ə yaxın Xatai adında şair olmuş. Anlaşılan budur ki, o zamankı Qızılbaş ozanlarının şeirlərini Xatai adına çıxıb, sonra da bu şeirlərin sahibləri ozanları məhv etmişlər. Çünkü Şah İsmayl başına tac qoyarkən 12 cümlədən ibarət olan bir andiçmə mətnini oxuyur. 14 yaşında bir uşağın fars milliyətçiliyi mərkəzli bu qədər geniş bilgi içərən teksti yaza bilməsi inanılır deyildir. Fars milliyətçiliyi mərkəzli şiə Şah İsmayılı yetişdiridiyi kimi o andiçmə mətnini də yazıb ona oxutmuşlar.

Səfəvi dövlətinin quruluşu ilə Azərbaycan Türkcəsinin bağları Türküstan və Anadoludan qopub və fars dili qarşısında savunmasız qaldı. Səfəviyət bir gələnək halına gəlib hər tərəfi sardıqdan sonra farscanın çiçəklənmə və türkçənin çökmə sürəci başlamışdır. Bu sürəc bugün də bütün sürəti ilə davam etməkdədir.

Fiqh (islam hüququ) kitabı yox idi siyasiləşən Ələviliyin. Bu üzdən də Şiələşən Ələvilik Səfəvi sarayından sürətlə uzaqlaşdırılıdı və Livanda acından ölən Məclisi kimi şiə fəqihləri (şiə alimlər) Şah İsmayılın dəvəti üzərinə Təbrizə dəvət edilib Azərbaycan xalqının hesabına zəngin din xadimlərinə, feodallara dönüşdülər. Ayrıca onların islamla ilişkisi olmayan yazdıqları risalələrlə Azərbaycan xalqının zehniyəti qaranlıqlara gömülürdü. Hələ də Səfəvilər tərəfindən qaranlıqlara gömülmüş bu zehniyətlər aydınlanmamışlar. Səfəvi cəhaləti dilimizə elə zərbə vurmuşdur ki, bu gün Güney Azərbaycanda milli haqlarımızı savunan insanlar belə, öz ana dillərində bir mənsur mətn yaza bilmirlər. Çünkü Səfəvilərlə dəyişən dil içi dünya görüşü fars kimi düşünməyi və fars kimi yazmağı türklərdə bir alışqanlıq halına gətirmişdir. Anlaşıldığı kimi Səfəvilik sadəcə islamı saxtalaşdırıb, sapdıraraq onu zəncirvurma, başyarma, sinəvurma ilə məhdudlaşdırmamış, həm də türk dilinin öz kökü və öz yapısı üzərində gəlişməsini əngəlləyən bir fars milliyətçili projesi kimi ortaya çıxmış və nəticələnmişdir.

Əmir Teymur bütün xatirələrini Türk dilində yazmışdı. Əmir Teymur zamanından başlayaraq türk dilində yazma gələnəyi Türküstanda yerinə oturmuşdu. Bu gələnəyin ən ərdəmli bilim adamı Əlişir Nəvai olmuşdur. Nəvai müqayisəli dilçilik elmi əsasında türkcənin farscadan nə qədər üstün olduğunu elmi metodlarla isbatlamışdı. Şah İsmayıl Səfəvi Türküstanda türkcə yazma ənənəsinə son verdi və Əmir Teymur zamanından o dönəmə qədər yazılmış əsərləri Sünni ədəbiyatıdır deyə, yasaqladı. Hətta Mövlana Cəlaləddin Ruminin əsərləri farsca olmasına baxmayaraq Səfəvilər dönəmində yasaqlanmışdı. Anlaşıldığı kimi Səfəvilik islam, türk və insanlıq tarixində qorxunc cəhalət və yalanlar dönəmi kimi ortaya çıxmış, türk ulusunun varlığına və bağrına qılınc kimi saplanmışdır. Sünni Osmanlının antitezi olan şiə Səfəvilik mahiyət etibarı ilə hər ikisi də türkcənin düşmənləri olmuşlar. Osmnalılıq türkcəni ərəbləşdirərərk və Səfəvilik isə türkcəni farslaşdıraraq “cənnət” dili etmək istəmişlər. Çünkü fars milliyətçiliyi mərkəzli islam anlayışı varlığı şübhəli olan Səlman Farsi kimi şəxslərin timsalında cənnət dilinin farsca olacağı ilə bağlı hədislər uydurmuşlar.

***

Bugün türk dilinin gəlişməsi qarşısında sadəcə, fars şovinizmi və digər bu kimi əngəllər mövcud deyildir. Osmanlıcılıq, Səfəviçilik kimi etkənklərdən tarixdənm qaynaqlanan ən böyük əngəllərdir. Bu əngəllər həm türkcələrin yazqısını, həm də türk insanının zehnini qorxunc qaranlıqlara gömməkdədir. Bu nədənlə də Türkçələrin gəlişməsi və türk insanının aydınlanması üçün bu qaranlıq tarixlə qürur duymaq yerinə onunla bilgi planında savaşmaq və günümüzə, həyatımıza müdaxilə etməsini əngəlləmək lazımdır.


18.03.2008

--
Kökte Tengri, Yerde Biz;
Delikanlı TÜRKleriz!
 

CANBULAT

-Otağ Hanı-
Katılım
21 Mar 2008
Mesajlar
4,111
Tepkime puanı
0
Puanları
36
Konum
Tanrı Dağları Yaylağım, Orhun Nehri Sulağım
Cevap: Neden Turk-islam tarihinde Turk dili ve kimligi asagilanmistir ?

Bir ara araplaşan Türklerimiz ortaya bir laf atmışlardı. "Türkler islamiyeti seçmeselerdi tarihten silinirlerdi" Bunu gibi saçma bir söz olamaz. Günlük yaşamını, fikirlerini, kararlarını araplar gibi verme yarışına girenler bu lafı ortaya atmışlardı. Yeterki daha iyi müslüman olalım daha fazla sevap alalım peşinde olan riyakar yaratıkların işiydi bu.

Türklerin en kötü düşmanı gericiliktir. Bu düşman er meydanında kılıçla mağlup olamaz. İslam dini en son din olması rağmen ve müslümanların en son kitaba, en son peygambere, en son dine sahip olmalarına rağmen en geri olan insanlardan oluşmaktadır. Bizim araplaşma sevdasında olan Türkler şunu idrak edemiyorlarki biz müslüman olarak diğer müslümanlar bizden çok fayda sağlamıştır. Çünkü Türkler bağımsızlığı karakter olarak benimsemiştir. Hep doğru olmuştur. Mert olmuştur. İleriye dönük bakmıştır. Topraklarına göz dikene kılıcının keskin olduğunu göstermiştir. Biz bu yüzden araplardan farklıyız. İslam öncesi kurduğumuz devletlerin ve atalarımızın saysende bu milli benliğe kavuştuk. Bunu nasıl araplaşan Türkler idrak edemiyor hayret.

Türkler'in esas gericilik problemi şudur: Bir tarafta araplar gibi yobaz bir şekilde müslümanlığı yaşamak, diğer tarafta Türk gibi müslümanlığı yaşamak. Araplar gibi müslümanlığı yaşamak bize kesinlikle uymaz. Ne bilimde ne edebiyatta ne sanata ne de ekonomi alanında ileriye gideriz. Bir düşünün ki arap yarımadasında petrol olmadığını! O zaman ben görmek isterim o araplaşmak isteyenleri.

Bakın Osmanlı bu gericilik sayesinde yıkıldı. Ama tan yıkılır yıkılmaz ne oldu? Bağımsızlık uğruna herkes vatanını savundu. Cihad ilan edildi. Yardıma gelmesi gerekenler ya umursamadı ya da arkamızdan bıçakladı. Bunlarda araptı. Biz ise Türktür. Yani milli benliğimiz sayesinde biz var olduk yıkılmadık. Gericiliğe prim vermedik. Çağdaş bir ülke kurmadık mı?

Ah o 1950 li seneler... Ne Mutlu Türk'üm Diyene sözünün kaldırılması çalışmalarının başladığı, ilkokul mezunlarının imam yapılması, radyolardan Atamıza olmadık lafların söylenmesi bu devirdeydi. Hatta bakanlarımız ve milletvekillerimizde dahil. Sonra ise darbe! Yine bu araplaşma sevdalılarının yüzünden...

Biz Türk halkı olarak bağımsızlığa düşkün olduğumuz için kimsenin bize tahamülü yok. Bu yüzden kimi zaman aralarımıza nifak tohumları serperek, araplaşanlar ruslaşanlar oluyor. Ama bizim dediğimiz gibi; ne yaşantımız , ne giyim şeklimiz, ne dilimiz, bu işlere müsait değil. Bizim örfümüz adetimiz vardır.

Biz Türk'üz. Kaldı ki şu güne baktığımızda, PKK'ya yardım eden, Kıbrıs harekatında bize köstek olan, yardıma gittiğimizde arap olmayanlar işimize karışmasınlar diyen ırkın mensupları araplardır. Son sözüm şudur ki. "Araplar müslüman olmasa hiçbir şekilde iletişimimiz olmaz. Bu mümkün değildir."

CANBULAT
 

KÜLTEGİN

Genel Koordinatör
Katılım
18 Şub 2008
Mesajlar
1,731
Tepkime puanı
1
Puanları
0
Konum
Tanrı Dağlarında
Cevap: Neden Turk-islam tarihinde Turk dili ve kimligi asagilanmistir ?

"Din Arabın, hukuk İtalyanın, Harp TÜRKLÜĞÜNDÜR. H.Nihal Atsız
 

CANBULAT

-Otağ Hanı-
Katılım
21 Mar 2008
Mesajlar
4,111
Tepkime puanı
0
Puanları
36
Konum
Tanrı Dağları Yaylağım, Orhun Nehri Sulağım
Cevap: Neden Turk-islam tarihinde Turk dili ve kimligi asagilanmistir ?

Aslında,Türk düşmanlığı ve arap kültür emperyalizmi Yavuz ile başlamamıştır. Bunu daha gerilere götürmek mümkündür. Şöyleki…Türklük düşmanlığı Büyük Selçuklu ve Anadolu Selçuklu Devletlerinde de vardı…Bu devletlerin yöneticileri de arap ve fars kültürü hayranı idiler ve Türklüğü,Türk kültürünü hiç benimsemediler ve varolması,yaşaması için çaba göstermediler. O dönemlerde tek bir kişi,tek bir Bey Türklüğe ve Türk diline sahipolmaya çalışmıştır. O da Karamanoğlu Mehmet Beydir. Ama,yetersiz kalmış,sonuca etkisi olmamıştır.
Şu tarihlerimizde büyüklüğü ile anılan,göklere çıkarılan Selçuklu veziri Nizamülmülk,Türk dilini yasaklayan,kadını çalışma hayatından alarak peçe arkasına hapseden bir vezirdir!..



1950 Yıllarından sonra Türkiye için en büyük tehlike komünizm idi. O yıllardaki kamplaşma ve çatışmalar gerçekten ürkütücü idi. Şimdi de bir başka tehlike belirdi, oda Amerika tehlikesi…Ama bütün bunlar aslında ikinci sınıf tehlikelerdir. Türk için birinci sınıf tehlike,Türkler’in İslamiyeti kabulü ile başlayan Arap emperyalizm tehlikesidir !..Daha doğru bir tabirle BEDEVİ ÇÖL KÜLTÜRÜ TEHLİKESİDİR !..
 
Üst