Türkiyənin Tarixi Məsuliyyəti

SALUR

Dost Üyeler
Katılım
23 Ara 2008
Mesajlar
859
Tepkime puanı
0
Puanları
0
Konum
(the_aci_show)
Türkiyənin Tarixi Məsuliyyəti


Bəlkədə Türkiyə kimi ikinci dövlət tapmaq olmaz ki, Azərbaycanda sevilsin və hörmətlə yanaşılsın. Türkiyə beynelxalq arenada və idman yarışlarında nailiyyətlər əldə etdikdə Azərbaycan türkləri küçələrə çıxaraq öz sevinclərini hər iki ölkənin bayrağını qoşa dalğalandırmaqla bir millət olduğumuzu və Türkiyənin Azərbaycandakı Böyük Elçiliyinin qarşısında on minlərlər insanlar toplaşaraq bayram edirlər. Misal üçün 2001 ci il Türk Şahinlərinin Azərbaycana gələrək azərbaycan türklərinə dəstək paradında, 2002 ci il Dünya Futbol Kuboku yarışmasında, 2008 ci il Avropa Kuboku Futbol yarışmasında Türkiyənin nailiyyətlərinə yüz minlərlər insan meydanlara çıxaraq möhtəşəm türklük yürüşləri təşkil edilməsi iki dövlət arasında əlaqələrin güclənməsinə təkan verir və türk birliyi ideyasının addım addım yaxınlaşdığını göstərir.

Hətta İranda despotik və diktatura rejiminə baxmayaraq Güney Azərbaycanda yaşayan 35 milyon azərbaycan türkləridə öz sevincləri ilə küçələrə çıxaraq İran hökümətinin təzyiqlərinə baxmayaraq bu tarixi ana qoşulurlar. Belə bir proseslərin baş verməsi və bölgədə türklərin passioner gücünü artırır və bölgədə dayaqlarını gücləndirir. Məhz ona görə bu faktorlar Türkiyənin bölgədə məsuliyyətli addımlar atmağa məcbur edir və türkiyədə bu tarixi şanslardan yararlanıb bir daha lider dövlət olma statusundan qaçmamalıdır,çünki tarixi-siyasi və bölgədə baş verən hadisələr onu bu addım atmağa məcbur edəcəkdir. Bölgədə öz mövqələrini bərpa etmək istəyən Rusiya və İran heç vaxt türklərin bölgənin potensial və proseslərə təsir etmək imkanlarının nəzərdən qaçırmayıblar,çünki,bu dövlətlərin strateji institutları Türkiyənin bölgəsəl gücünü hesablayırlar və bu məsələdə demək olar ki,bu iki ölkənin maraqları üst üstə düşür.

Birgə hərəkət etməyə məcbur olurlar. Neçə ki,yüz ildir ki həmin siyasət davam etməkdədir

Azərbaycanda Türkiyə faktorunun ortaya çıxması

Bu gün Türkiyəni Azərbaycanla siyasi-strateji və coğrafi amillər bağlasada bu amillərdən başqa din-qan və mənəvi birliklər bu telləri dahada güclənməsinə səbəb olaraq bölgədə ona əlavə impluslar verir. Belə ki, Azərbaycanın yaxın tarixinə nəzər salsaq ölkəmiz azadlığını elan etdikdən sonra xarici və daxili siyasətində türkiyə dövlətinin bir faktor kimi önəmliyi artmağa başladı. 1988 ci ildən başlayaraq sovet dövründən mövcüd olan və ilk əvvəllər özünü gizli saxlayan Türkiyə qarşı olan sevgi pıçıltısı Azərbaycan Milli Azadlıq hərəkatında sonra bu sevgi kütləvi xarakter daşımağa başladı. Türkiyə dövlətinə və türk insanına qarşı qardaşlıq sevgisi meydanın əsas prioritetinə çevrilməyə və türkiyənin Alp Arslan Türkeş, Möhsün Yazıçıoğlu kimi siyasətçiləri tərəfindən buna qarşılıq verilməyə başlanıldı.

Düzdür o zaman Türkiyənin əsas siyasətçiləri Azərbaycanda baş verən proseslərə ehiyyatlı mövqedən yanaşsalar da ancaq bəzi siyasətçiləri Azərbaycanda ciddi hadisələrin baş verdiyini dərk edirdilər. 1990 ci ildə Azərbaycana gəlmiş “Star” qəzetinin yazarı İrfan Sampaz azərbaycanın içtimai-siyasi mühitini əhatə edən və qələmə aldığı “Qurdlar Süfrəsində Azərbaycan” (1990-94 çü illəri əhatə edən) kıtabında qeyd edirdi ki, o zaman Türkiyə politikaçıları hələdə Azərbaycanda nələr baş verdiyini o qədərdə hiss etmirdilər.

Türkiyənin siyasi tarixinə nəzər salsaq ki, türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürk 1933 cü ildə Böyük Millət Məclisində çıxış edərək sovetlər birliyi ilə bağlı siyasətlərinə toxunarkən onun tərkibində yaşayan türk dilli qardaşlarını unutmamağa və gələcəkdə baş verəçək proseslərə hazır olmağa cağıraraq sovetlər imperiyasının çökəciyini işarə edirdi.
Alıntıdır.
 
Üst